Yggdrasil by Puzzle (AZ)
Yggdrasil by Puzzle (AZ)

Yggdrasil

Puzzle (AZ) * Track #4 On 23

Yggdrasil Lyrics

Giriş:
Yenə yarpaqları quruyur
O davam edir dayanmadan, kök salır daha dərinə!
Puzzle onu yenə suluyur
O dayanmadan ucalır və səs salır, daha əminəm!
Onun hər bir toxumu önəmli(di)
Ətraflı həmişə yaşıl və nəmli(di)
İçində hüzur var, qovuşdum huzura
Məna axtaran söz qovuşdu Puzzle’a

İlk hissə:
Çox bilən, qoca ağacdı Yggdrasil
Açdı qapılar aləmə, daha inanmayıb, ağ eləmə!
Hərşey inanmaqdı; inan, qəbul edər Yggdrasil!
Biz tapaq bəhanələr: “İnanmaq? Daha nələr!”
Axarındadı hərşey, sən hekayədən yön istə
Nağıl elə başladı (ki), elə bir daş atıblar göl üst(ün)də
Savaşmaq, mübarizə, mənim rəflərimdə ön üstdə(di)
Qarşındadı Kratos; nə istəsən öl, (sonra) istə!
Bəzən "hərşey"əm - mən hərşeyin içində "heç kim"əm
Bəzən də "heç kim"n içində var olan o "hərşey"əm
Dünyayam, qocayam, mənim dayaqlarım varıydı!
Arzum oyanmaqdı; mənim qanadlarım varıydı!
Yazıb gecə, yorub öz’ü, oyaq etdim səhərimə
Hekayə və məna təkdi, qonaq etdim səfərimə
Səfər edən bədəndi, YOLÇU (və) Puzzle yazan tərəfidi
Çətin olan əməldi, yazmaq işin asan tərəfidi...

Keçid:
Yenə yarpaqları quruyur
O davam edir dayanmadan, kök salır daha dərinə!
Puzzle onu yenə suluyur
O dayanmadan ucalır və səs salır, daha əminəm!
Onun hər bir toxumu önəmli(di)
Ətraflı həmişə yaşıl və nəmli(di)
İçində hüzur var, qovuşdum huzura
Məna axtaran söz qovuşdu Puzzle’a

İkinci hissə:
Qapıdı 23 diyarın hamısına
Tapdı gizli olanı, böldü obraz üçün yarısına
Bu müqədəs bəstə(di), çünki səbəbsiz yazıldı
Ağaca şübhəm yoxdu, çünki tərəfsiz hazırdı
Əvvəl kiçikdi, toxumdu, sonra kök salır, çoxalır
Dərinə tərəf kök salır, (o) idar edir çoxa halı
Puzzle rahat gəzir sözlə, çünki məna yoxlamır
Ona rəqib olub, qalib olmaq? Yox amı...
Sözlər qaçıb gizlənirdi, səni görəndə
Mənimçün,Güc əbədi(di), yəni öyünmə
Bir də görürsən Puzzle kök salır rap’ə
Necə ki, battle edir, (eləcə də) paz salır betər
Tərəfsiz qalanda ağladın uşaq kimi!
Ağzını açıb boş danışma, uşaq, kiri!
Ən azından, söz de
Son bir ildi “23”əm, tək yazıram öz(ü) də
Heçbirbirinə çatmır ki, bu AzRap’ə çatdı
Verib İlk illərimi, yazmışam "İlk"lərimi!
Qurban ol, sən 23’ə, çünki başdan ayağa Güc’əm!
Qısqan, (çünki) qısaqananda yoxsan
Xərclə, əgər çox(du)sa
Bir “piramit”dəki “Ceza”dı, “Med Cеzir” və sükut
Sükutu qovan külək yaratdı göydə “Qara bulud”
Çox istəyib yarat, söz dəlisi, söz dənizi
Gecikdiniz (deyə) eşitmədim tövbənizi, gözlədiniz çox...
“Nəyim var ki”, rapdən başqa?
Nəyim varsa, (еlə) odu!
Yggdrasil’ə qovuşub tapacam, əgər varsa, onu!
Susus qalıb yaşa, (əgər) içilməyən zəhərdisə
Mənim sahib olduğum “biçimləyən dəyər”disə, qudur...

Son hissə:
Yenə yarpaqları quruyur
O davam edir dayanmadan, kök salır daha dərinə!
Puzzle onu yenə suluyur
O dayanmadan ucalır və səs salır, daha əminəm!

Yggdrasil Q&A

Who wrote Yggdrasil's ?

Yggdrasil was written by Puzzle (AZ).

Who produced Yggdrasil's ?

Yggdrasil was produced by TheSkyBeats.

When did Puzzle (AZ) release Yggdrasil?

Puzzle (AZ) released Yggdrasil on Sun Apr 23 2023.

Your Gateway to High-Quality MP3, FLAC and Lyrics
DownloadMP3FLAC.com