Tərli Qan by Puzzle (AZ)
Tərli Qan by Puzzle (AZ)

Tərli Qan

Puzzle (AZ) * Track #3 On 23

Tərli Qan Lyrics

Giriş:
Müharibə edir müharibənin özü
Həyat mənim etdiyim müharibələrə dözür
Yenə müharibə ilə müharibədəyəm
Axır tərli qan, (çalış) axıracan, Əli, qal...

İlk hissə:
Əvəz edirsə silahı, - düşün - göz, ağız, qələm, vərəq!
Müharibənin içinə düşüb, göz(lər) görər hələ nələr?
Millətim çönüb yatıb, o qədə(r)
Unudub (və) yalan satıb o, mənə
Yaddaşa güc (ver)!
(Çünki), bu 23 - yenə də qanı qatır o, tərə!
Kədərdən uzaq qalır həmişə, müharibəni unuda bilən
Orada çalış ölümü tanı, (çünki) ölən cavanları uda bilər
Döyüşə qalxdı, vaxtdı, bax!
Ötəri baxtı taxta
Sağ qaldı, amma yenə (də) yerə laxta-laxta qan axdı, ax!
Əlində qələm olan əsgər - şairlik olur ona məskən
İstedadı başa bəladısa, yazır və yaradır o, tezkən
Çünki, burda "gözü götürən"i, gözünə mil soxub, Kor edirlər
Pıçıldayıb, sözü ötürəni(sə), bağırıb, YOLa sal, son evinə
Sadəcə ölür və adı batır!
İnsanın olmalı(dı) savad, evi
Bataqlığa batır, atır atı, (o da) piyada olaraq davam edir
Çünki, “Vətən” sözü müqəddəsi(di)
İnsan (gərək) müqəddəsi tükətməsin
Hər şeyin içinə pox qoyubsa (əgər), davam edib, ona tük əkməsin (gərək)!
Həmişə qalib olan tərəfəm!
“Qalib” sözündə vacib hərifəm
“AzRAP” adını ləkələməyin, 17 ildi ona tərifəm
Qədrimi bilməyin, istəmirəm!
(Çünki), siz biləndə bunu, hirslənirəm
Puzzle yenə rəqibləri yığıb, qurban edir onu hisslərimə...

Keçid:
Müharibə edir müharibənin özü
Həyat mənim etdiyim müharibələrə dözür
Yenə müharibə ilə müharibədəyəm
Axır tərli qan, (çalış) axıracan, Əli, qal...

İkinci hissə:
Tərli qan axır yenə bədənimdə(n)
Dəli (olaraq) qal - həri, mal!
Günəş səni incitməyib, dərin ağ(dı)
Yenə rəqibi göstərir sənə dəli bal?
Onda, darıxanda rəqibinçün, bəri ba(x)!
Çün(ki), darıxır kapitanıçün hər liman
Ba(x), yenə yeyir bir-birini, Hannibal’lar
Satırlarsa öz’lərini, Əli, al

Son hissə:
Satırlarsa öz’lərini, Əli, al
Yoxsa yenə yeyəcək bir-birini, Hannibal’lar
Darıxır kapitanıçün hər liman?
Onda, darıxanda rəqibinçün, bəri ba(x)!
Sənə rəqibi göstərir yenə dəli bal
Çünki, Günəş səni incitməyib, dərin ağ(dı)
Həri, mal, (çalış) dəli qal!
Yenə axır bədənimdən üzü aşağı, tərli qan...

Tərli Qan Q&A

Who wrote Tərli Qan's ?

Tərli Qan was written by Puzzle (AZ).

Who produced Tərli Qan's ?

Tərli Qan was produced by Aon.

Your Gateway to High-Quality MP3, FLAC and Lyrics
DownloadMP3FLAC.com