Nuh və Gəmi by Puzzle (AZ)
Nuh və Gəmi by Puzzle (AZ)

Nuh və Gəmi

Puzzle (AZ) * Track #16 On 23

Nuh və Gəmi Lyrics

İlk hissə:
Röyanı dərk elə
Dünyanı tərk elə, onu daha sağaltmaz yamaqlar
Yaradılışını qucaqla, anla: o xilas olar qucaqlamaqla
Hər yeni qonaqda o da qocalır; dünyanın sahibi müvəqqətidi
Dünya cəhənnəmdi, o da ocağı(dı) - Dünyanın sonunu nüvə’n gətirir
Dünyanın sonuna yaxınlaşırıq, göylərdən yerlərə mələklər düşür
Ədalət tərəzidə paxıllaşır (deyə) əlindən düşmürdü ələk, Zərdüş(t)ün
Gördüm yazır, mən də dayanmadım, qələmin itiliyin(i) it elədim
Zirvədə nə vaxt ki sıxılmışam, sözləri beat eləyib, (aşağıya) itələdim
Get-gedə həqiqət də nağıllaşır, yaxınlaşın, görün yuvasını
Mərkəzindəyəm yenə, yağır yaşıl - mənim evim göyün yuxarısı(dı)!
Bərpa edə bilmir hətta Tanrı da, biz inama inamı itirmişik
Almanı bəhanə edərək, meydana bir anda ilanı gətirmişik
Zamana öyrəşib (onu) unutsan belə, həyat kitabında vərəqlər dolur
Qorxuya qapıldın, böyütdün yenə, sadəcə ölürsən və əqrəb(lər) donur
Doğru addımların mənası olursa, mənanın mənası nədi ki, bəs?
Mənanın mənası: Yaradan insanın səbəbidi, (çünki) ona verdi nəfəs
İnsanlar çoxaldı ölməmək üçün, amma çoxalmaq gətirdi sonunu
“Dünya” romanında “insanlar” sətrdi (və) bu sətr, son sətrdi, (romanın) sonudu
YOL sevmir həyatı planlamağı, tez yön duyğunu itirib YOLa çıx
Cəsarətin yaranı bağlamalı, ki şübhələri bitirib, önə çıx
“İncəsənət” adını verib, əzərək, sənəti incəldib, yox etdilər
Həqiqət agah oldu, ayıldılar və sənətdən iyrənib, (hərşeyi) pox etdilər
8 yaşımda yazdım İlk yazımı, amma siz sadəcə gördüz birazını
İnanmışam deyə sözlərin gücünə, hazır etdim albomu 23’ünə!
Doğrunu qoruyaraq özünü yorub, boşuna keşik çək(əcəksən), nə vaxta qədər?
Təsəlli olansa sadəcə bu olur: “Öyrənmək beşikdən məzara qədər”
Görünmək, doğrunun özəlliyidi
Fəlsəfə - sorğunun gözəlliyidi
Sorğulayanlar olub ruh və (hamısı) dəlidi
Çıxış YOLu (isə) yanlız Nuh və Gəmidi

Son hissə:
Bu Dünya “Nuh Gəmisi”di
İçində xilas olan hər cür heyvan var
Dolub daşdı meydanlar
İzlədim hamısın(ı) eyvandan
Bu Dünya “Nuh Gəmisi”di
O, qəbul edib, içində həm də sirr saxlar
Bilməyən insan(lar) kin saxl(ay)ar
İzlədim hamısın(ı) uzaqdan...

Your Gateway to High-Quality MP3, FLAC and Lyrics
DownloadMP3FLAC.com