Mədəni jarqonlar by Puzzle (AZ)
Mədəni jarqonlar by Puzzle (AZ)

Mədəni jarqonlar

Puzzle (AZ) * Track #15 On 23

Mədəni jarqonlar Lyrics

Giriş:
Bakı bizə tablo(du)
Yağmasa da qar, bro
(Burda) mənəvidi şablonlar
Yenə Əli(di), rahat ol
Deməməli(di), “pardon”
(Çünki), mədənidi jarqonlar

İlk hissə:
Bakı elə qaranlıqdı, elə bil ki, işıqları sönüb bütün şəhərin və hələ səhərdi
Bakı elə dadlı ki, qurtum-qurtum içirsən və anlamırsan (ki), (onun) tərkibi şirin bir zəhərdi
Bakı elə yaradı ki, qaşıyana söyüş qoyub, söyüşünü dəyişəni belə söyüb hələ
Bakı elə biridi ki, heç vaxt azad yaşamayıb, utanmaz-utanmaz sənə verir öyüd hələ
Bakı elə uzaqdı ki, adsız olan bütün uzaqların ən uzağında, (çox) uzaqda qalıb o
Mən uşaq qaldım, böyümədim, məni aldada bilmədi, çünki Bakı bilmir ki, uşaqlar ayıq olur
Bakı elə böyükdü ki, səni kiçik görər, olarsan kiçiyi, sənə almaz hər sevdiyini
Bakı elə doğmadı ki – anlayıram, şair olaraq mən bu gün tənqid etdim ən sevdiyimi

Keçid: (x2)
Bakı bizə tablo(du)
Yağmasa da qar, bro
(Burda) mənəvidi şablonlar
Yenə Əli(di), rahat ol
Deməməli(di), “pardon”
(Çünki), mədənidi jarqonlar

İkinci hissə:
Mən söyüş söydüm, söyüş söymədən – mədəni (və) aqresiv
Puzzle yazdı mədəni jarqon(lar)
Səbəbi: Art sezib
Necə ki, böyük-(böyük) danışdım, eləcə (də) böyük yaşadım
Çoxsu danışdı böyük-(böyük), amma verə (bil)mədi kartvizit
Burda doğulub, böyüdün
Bəs, (burda) yaşadınmı?
Burda yaşamaq səni azad yaşadırmı?
Azad yaşamaqçün sadəcə yaş artırdın...
Fərqli yaşadın, özünə daş atdırdın
İllərlə soruşdular: Kimə yazdın, mövzu kimədi?
Axı, fərqi nədi?
Əsas odu, Güc’lüdü Puzzle hələ (də)
Yazır hələ (də)
AzRAP üçün var olmağı 23 il lazım hələ
(Puzzle), “23”ü hazır elə!
AzRAP’ə, o sandığından daha artıq lazım(dı) hələ (də)
“23”ü hazır etdin 23’ü
Puzzle hələ (də) sadə qafiyə ilə edir qəliz mövzu, yazır əl(in)ə
Kağızları bitib, amma xəbəri yox(du), yazır elə

Son hissə: (x2)
Bakı bizə tablo(du)
Yağmasa da qar, bro
(Burda) mənəvidi şablonlar
Yenə Əli(di), rahat ol
Deməməli(di), “pardon”
(Çünki), mədənidi jarqonlar

Mədəni jarqonlar Q&A

Who wrote Mədəni jarqonlar's ?

Mədəni jarqonlar was written by Puzzle (AZ).

Who produced Mədəni jarqonlar's ?

Mədəni jarqonlar was produced by Black Eagle Beats.

Your Gateway to High-Quality MP3, FLAC and Lyrics
DownloadMP3FLAC.com