Səmakeş by Puzzle (AZ)
Səmakeş by Puzzle (AZ)

Səmakeş

Puzzle (AZ) * Track #20 On 23

Səmakeş Lyrics

Giriş:
Üç alma düşürsə göydən nağılı boş ver, onun mesajını çalış, anla
Nağılı və mesajı boş verib, almaları atan səmasına qarışanda (isə);
Gördün ki, səmaya gedən YOLun əvvəli başlayır insanın öz içindən
Səma bir növ dənizdi, Puzzle bu “dənizi doldurub” üzəcək söz içində

İlk hissə:
İsa kimi çarmıxa çəkiblər, amma qalıb(dı) misranın alnında
Dünyamız yaranıbdı üstün, amma qalıb(dı) insanın altında
Addım-addım getdiyin YOL, mənimçün dərə-təpə, dərə-təpə düzdü!
Görüntüləri, səma həps edərək olur yenə sənə, yenə mənə güzgü
Sözü qızıla çevirdikcə Puzzle, mən oluram kimyagər, hə!
Mənanı qoymaram itməyə, 30 ildi azaddı himayəmdə
Bəlkə də, ərk edən insanı tərk edən "sahib olmaq" istəyidi
Hər səhər ərsəyə gətirirəm, hər səyə qalan “olmaz” hissləridi
Hər şeyi bildiyini deyən (insan), yenə mənə gəlirdi şaibəli
Həqiqəti kəşf edib, onu sözə əks edib olurdu şair, Əli
Çətini də yaşayıb ağlamaqdansa, onu çevirdim sözə
“Gəlsin həyat bildiyi kimi”, bu cür "cəza"lara Puzzle dözər

Körpü:
Xətt hakimi cızığınızdan çıxmağı(nızı) xəta kimi qəbul etdi və danladı (o), dəva kimi
Yayıldı sözləri xoş bir səda kimi
Yayıldı pis rap, pis söz vəba kimi
Puzzle’ın vicdanı təmizdi, səma kimi
Dəvət etmişəm səhnəyə "Səmakeş"i
Onun üçün ağ səma onun "Mərakeş"i

Keçid:
Üç alma düşürsə göydən nağılı boş ver, onun mesajını çalış, anla
Nağılı və mesajı boş verib, almaları atan səmasına qarışanda (isə);
Gördün ki, səmaya gedən YOLun əvvəli başlayır insanın öz içindən
Səma bir növ dənizdi, Puzzle, bu “dənizi doldurub” üzəcək söz içində

İkinci hissə:
İsa kimi çarmığa çəkiblər, amma sənin günahın var deyəsən
Puzzle’ın menyusunda fərqli-fərqli punch’ları var, de, ye(mək) (istə)sən
İməkləməklə bəlkə çatdın, YOL dərə-təpə, dərə-təpə düzdü
Duru bir dənizdi sanki səma, olur yenə sənə, yenə mənə güzgü
Qanadlarını qopar, uça bilməzsən, üzməyin gərəydi
Puzzle olmaq çətindi, çünki tamamlamaqçün düzməyin gərəydi
Səmakeş gеcələr qarışır səmaya
Yayılır güclü bir ağ işıq havaya
İzlərin(i) izlədin, istədin sən də
Gizlədin hisslərin(i), pislədin həm də
Sonu hər tərəfli sondu;
Səma tək tərəfli YOLdu, geri dönmür
Yenə çək-çevirlə olmur
Rəqibtək sеvinclə doymur - geri döndüm!
Aydınlanmış insanlar səmanı göstərdi barmaqlarıyla
Onlar agah etdikcə, ilişdi yobazlar da “qarmaqlarıyla”

Körpü:
Xətt hakimi cızığınızdan çıxmağı(nızı) xəta kimi qəbul etdi və danladı (o), dəva kimi
Yayıldı sözləri xoş bir səda kimi
Yayıldı pis rap, pis söz vəba kimi
Puzzle’ın vicdanı təmizdi, səma kimi
Dəvət etmişəm səhnəyə "Səmakeş"i
Onun üçün ağ səma onun "Mərakeş"i

Son hissə:
Üç alma düşürsə göydən nağılı boş ver, onun mesajını çalış, anla
Nağılı və mesajı boş verib, almaları atan səmasına qarışanda (isə);
Gördün ki, səmaya gedən YOLun əvvəli başlayır insanın öz içindən
Səma bir növ dənizdi, Puzzle, bu “dənizi doldurub” üzəcək söz içində

Səmakeş Q&A

Who wrote Səmakeş's ?

Səmakeş was written by Puzzle (AZ).

Who produced Səmakeş's ?

Səmakeş was produced by .

When did Puzzle (AZ) release Səmakeş?

Puzzle (AZ) released Səmakeş on Sun Apr 23 2023.

Your Gateway to High-Quality MP3, FLAC and Lyrics
DownloadMP3FLAC.com