[Skit] [Chester (Ziya) Hosted]
Axırıncı illər ərzində çox dəyişmişəm
Özüm də bunu çox yaxşı hiss edirəm
Hər dəfə bunu sözlərinizlə üzümə vurmasanız da
Çox gözəl hiss edirəm
Razıyam, diqqətsiz və kobud olmuşam
Tanımadığım adamlarla onlar zəhləmi tökürlər kimi rəftar edirəm
Hamı mənə qaraqabaq adam kimi münasibət göstərir
Amma mən buna başqa ad vermişəm
Səbəbini bilməməzlik və ya axtarış
Yadıma gəlmir ki, axırıncı dəfə nə vaxt ürəkdən ağlamışam
Və ya ürəkdən gülmüşəm
Mənim üçün hər şey maraqsızlaşmağa başlayıb
Bir neçə saat bunnan əvvəl sevgilimə yazdığım mesaj
Ozon qatının deşilməsindən daha önəmlidir...
Ehh... qatar yırğalanmağa davam edir
Onsuz da bu qatar getsə də, getməsə də
Biz sabah getdiyimiz ünvana çatsaq da, çatmasaq da
Sonluq həmişə eynidir
Hamı bir gün ölür
Həyat bu qədər bəsitdir...
[Bənd 1]
Fikirləş ki, bitməz gecələr
Fikirləş ki, açılmaz səhər
Fikirləş ki, daha qapını döyən olmayacaq
Boşalıbdır bu şəhər
Fikirləş ki, tək darıxırsan
Fikirləş ki, daim qorxursan
Fikirləş ki, kimisə axtarırsan
Amma heç vaxt tapmayacaqsan
[Nəqərat]
Sən çox qaçdın, qapandın içinə
Tərk edildin, olmadı vecinə
İradənin gücünə arxayındın
Amma bilmirdin, düşmək var düyünə
Bu günə gətirən özünü özünsən
Düzünə qalanda, özünə dözürsən
Atdığın addımların yaradıb suallar
İndi təklikdə çözürsən
[Bənd 2]
Fikirləş ki, geri qayıda bilərsən
Fikirləş ki, odu soyuda bilərsən
Fikirləş ki, qəbul olundun
De görüm, hikkəni uda bilərsən?
Fikirləş ki, fikirləşmədən yaşamaq mümkündür
Nə qədər düzgündür? Elə də fərqi yoxdur!
Əsas odur ki, həyatın bir günlükdür
Daha heç vaxt boğulmayacaqsan
Günahlarınla, savablarınla
Daha səni heç vaxt, heç nə sıxmayacaq
Sıfırlanıbdır karman
Yalanlar, davalar oxunulur ancaq kitabdan
Sətirlər çox xoşa gələn olub
Sətiraltılar çıxıbdır cavabdan
Səni sevirlər əvəzsiz
Sən heç nədən olmursan həvəssiz
İstədiyin hər şeyi edə bilirsən
Yardım əlsiz, köməksiz
Elə bir şey yoxdur ki
Sən onu düşünəndə belə qorxasan
Utopiya nə qədər xoş olsa da
Ayılırsan bir gün yuxudan
[Nəqərat]
Sən çox qaçdın, qapandın içinə
Tərk edildin, olmadı vecinə
İradənin gücünə arxayındın
Amma bilmirdin, düşmək var düyünə
Bugünə gətirən özünü özünsən
Düzünə qalanda, özünə dözürsən
Atdığın addımların yaradıb suallar
İndi təklikdə çözürsən
Utopiya nə qədər xoş olsa da oyanırsan bir gün yuxudan
Utopiya nə qədər xoş olsa da oyanırsan bir gün yuxudan
Utopiya was written by PRoMete.
Utopiya was produced by HOST Production.