[Bənd 1]
Nə qədər söz olsa, söz nə qədər düz olsa
Az gələcək sətirlərim gözlərinə baxmaqdan
Nə qədər düz olsa, düz nə qədər iz qoysa
Etiraz edə bilməyəcəm o ətrini qoxmaqdan
Cızdım rəsmini, tanımamışdan ağlımda
Sən bir şahzadə və ayağında çarıqlar var
Girdin həyatıma və real oldun nağılımda
Gözmuncuqlarında dərin çat və qırıqlar var
Dərinə toxundum və əridim, yox oldum
“Mən ruhmu, insanmı!?” anlamadan yoluma davam
Əlinə toxundum, parlaqlıq çox oldu
“Sən ruhmu, insanmı!?” anlamadan yoluma davam
Sən güclü, ən güclü otlardan həblərdən
Uça bilməz insan, yox, uça bilməz insan
Xətrinə dəyəcək qədər kobud oluram mən hərdən
Amma sən bu həyatımda tək keçə bilməzimsən
[Nəqərat] [PRoMete]
Qanadlan!
Səni mənə gətirəcək bu qanadlar
Uzaqdan...
Ətrini küləyə ötür, dayanma!
Səmadan...
Dənizdən...
Buluddan...
Günəşdən...
[Bənd 2]
Güc ver, mənə güc ver, var oluşun belə bəsdir buna
Hər yer mən dardır, əgər səbəb varsa yoxluğuna
Yazdığım ilk sətir belə, son kimi görünə bilir mənə
Çatmamış bitir mürəkkəb, sətirlərim sonluğuna
Uzana-uzana gedir gecə, üzünü görüm edim necə?
Mən buz kimi, sənsə isti, uzaqlaşıram əridikcə
Nə ürək işləmir, nə beyin, küsür pərilər, uzaq qaçır
Bayıra çıxıram axtarışda, boşdur küçə, boşdur küçə...
Toxunuşlar, barmaqlar... hər şey necə də mükəmməldir
Dərin-dərin nəfəs dərim, dərin gözlərim və gözlərin
Dodaqlar, incə belin, uzaqlıqlar içində mən
İtirirəm yenə də səni, yenə də boşdur buz əllərim
Gündəliklərdə vərəq qalmadı, bitirdim neçə qələmdə mürəkkəb
Atmadım, saxladım, doğmadır, tək göründüm hər kəsə
Təkəm sandılar. Yanımdaydın heç darıxmadım
Amma yenə də dön, yanımda cismin olsun!
Bəlkə inandım ki, nəğmələrdə deyilən eşq bu qədər asandır
Dön, nəğmə yazacam sənin dönüşünə
Yorğun gözlərim baxır, yolun sonunda ölümlə görüşümə
Gecikirəm!
[Nəqərat] [PRoMete]
Qanadlan!
Səni mənə gətirəcək bu qanadlar
Uzaqdan...
Ətrini küləyə ötür, dayanma!
Səmadan...
Dənizdən...
Buluddan...
Günəşdən...
Adsız mahnı was written by PRoMete.
Adsız mahnı was produced by HOST Production.
PRoMete released Adsız mahnı on Mon Feb 14 2011.