[Bənd 1] [ProMete]
Mən yerdə uzanım, sən dizini qucaqla
Pəncərələr açıqdır, əsir pərdələr...
Bir neçə saat bir yerdə donaq
Günəş yerin dəyişsin, gəzsin kölgələr
Bəlkə gün gələr, içimi açaram mən sənə
Amma döz hələ, gəl dost olaq
Nə mən tələsim, nə sən tələs
Sonu görməyə hələ yox həvəs
Uç, aç qanad! Aç qanad! Aç qanad! Aç qanad!
Sən yaşa, mən yazım!
Mən yaşamasam da olar, mən razı... mən razı...
Burda royal bir neçə not vursaydı
Olardı rəngarəng...
Eyni ahəng bezdirəndə səni, mən əlini tutaram
Uzağa gedərik, biraz gəzərik, başını qoyub çiynimə
Sən oturarsan uzağa baxaraq...
Mən isə susaram, hətta nəfəs almağa belə qorxaram ki
Birdən çiynim qalxıb-düşər...
Bizi sıxırdı şəhər!
Ona görə qaçmışıq!
İndi oxuyur quşlar... ətraf yaşıllıq!
[Nəqərat] [Günəş, ProMete]
Oyan! Oyan! Oyan! Oyan!
Sən və mən... yenə də çirkli urban...
Dayan! Dayan! Dayan! Dayan!
Dayanmaq istəmirəm, gəl qaçaq burdan!
Oyan! Oyan! Oyan! Oyan!
Sən və mən... yenə də çirkli urban...
Dayan! Dayan! Dayan! Dayan!
Dayanmaq istəmirəm, gəl qaçaq burdan!
[Bənd 2] [ProMete]
Gəl açaq qanad!
Gəl uçaq göyə!
Gəl qoşul mənə!
Gəl qoşul qaçaq!
İstəmirəm qoçaqlıq eləmək...
Mete, uşaqlıq eləmə!
Sərhədlərim açıq
Fikirlərim darmadağın mənim
Mənim üçün yoxdur qızıl orta
Ya yoxdur nəsə, ya çıxarıram ağın (ağın)
Uça bilirəm. Elə bilmə bu tək dilimdədir
Mənim qanadlarım belimdə deyil
Mənim qanadlarım sənin əlindədir
Bəlkə düşünürsən ki, sevgim sətirlər qədərdir?!
Onda oxuduqlarım hədərdir! (hədərdir!)
Çünki mənim hisslərim daha dərindədir
Yerin dibindədir... Bəlkə nüvədədir...
[Nəqərat] [Günəş, ProMete]
Oyan! Oyan! Oyan! Oyan!
Sən və mən... yenə də çirkli urban...
Dayan! Dayan! Dayan! Dayan!
Dayanmaq istəmirəm, gəl qaçaq burdan!
Oyan! Oyan! Oyan! Oyan!
Sən və mən... yenə də çirkli urban...
Dayan! Dayan! Dayan! Dayan!
Dayanmaq istəmirəm, gəl qaçaq burdan!
STOP!
[Bənd 3] [ProMete]
Gərək iki qulağında da olsun qulaqlıq
Və otağın olsun tam qaranlıq ki
Yazdıqlarımı dinləyib yaşaya biləsən bir anlıq
Axtarma mənasını, mən məna üçün yazmıram bir hərf belə
Bu dərin gölə bənzəmir!
Bu səhra ortasında sərin bulaqdır!
Qulağını aç! Qulağını aç!
Qulağını aç! Qulağını aç!
Qulağını aç! Qulağını aç!
Ruhuna Qonaq Gəlim...
Oyan was written by PRoMete.
Oyan was produced by HOST Production.