Sən qanadsan by PRoMete
Sən qanadsan by PRoMete

Sən qanadsan

PRoMete * Track #2 On 14

Sən qanadsan Lyrics

[Skit] [PRoMete]
Mələklər bunu səmavi sevinc adlandırır
Şeytanlar isə cəhənnəm əzabı
İnsanlar isə buna sevgi deyir. (Henrix Heyn)

[Bənd 1]
Bu gün yenə evimdə yarım saatlıq qonaq idin
Cismin yanımda idi, özün isə uzaq idin
Fikirləşirdim, səni buraxmaram uzaqlara
Amma məni anlamırdın, sanki körpə uşaq idin

Hisslərin yenə kontrolda, sinirlərinsə üzdə
Mən sənə uçmaq təklif edirdim, sənsə üzmək
İnan mənə, belə anlarda çox çətin olur
Səni çox sevsəm də, sənin kaprizlərinə dözmək

Yenə köçmək və rədd olmaq buralardan
Hissləri qayıdır dərhal mənə bu anlarda
Toxunuşlar, sanki divara yaxılmış palçıq olur
Verdiyin qanadlarsa dönüb olur qoluma qandal

Kəs bütün bağlarımı! Qanadsız da yaşayaram!
Sənsiz ölərəm, bilirəm, amma kim var ki, əbədi?
Dərviş kimi həyatımı belimdə daşıyaram
Olmasan bu ömürdə yaşamağımın səbəbi

[Nəqərat]
Kim tək uçmaq istər?
Sən qanadsan, mən göyərçin
Soyuq ürəyin, eşq tumurcuq
Ürəyində çicəklər göyərmir

Kim tək uçmaq istər?
Sən qanadsan, mən göyərçin
Soyuq ürəyin, eşq tumurcuq
Ürəyində çiçəklər göyərmir

[Bənd 2]
Əl-ələ tutmağımızı yadına sal (xatırla)
Barmaqlar iç-içə, tər su kimi ovuclardan axır
Əl-ələ gəzməyimizi yadına sal (xatırla)
Sanki bütün dünya çönüb birdən bizə baxır

Sən paxıl, amma elə bil ki, burda nəsə səhv bir şey
Mənimlə sevgilin yox, düşmən kimi davranırsan
Mən paxıl, səni bütün dünyadan üstün tuturam
Mənimlə dava edib, üzümə zəngləri bağlayırsan

Mən yalançı, mən həqiqi... Bu asılıdır əhvalımdan
Şən günlərin sayı - beşin ikiyə nisbətində
Gah düzəlir, gah pozulur, baş açılmır əhvalımdan
Görəsən daha nələr var, mənim bu qismətimdə?

Səbrim sanki ümman, sən içində üzürsən
İstəmirəm boğulasan, əvvəl boğulduğun kimi
Bezmirəm, yox! Dözmürəm, yox! Bu sətirlər başqa şeydir
Qəbul edirəm mən səni, olduğun kimi

[Nəqərat]
Kim tək uçmaq istər?
Sən qanadsan, mən göyərçin
Soyuq ürəyin, eşq tumurcuq
Ürəyində çicəklər göyərmir

Kim tək uçmaq istər?
Sən qanadsan, mən göyərçin
Soyuq ürəyin, eşq tumurcuq
Ürəyində çicəklər göyərmir

Sən qanadsan, mən göyərçin
Kim tək uçmaq istər?

Sən qanadsan Q&A

Who wrote Sən qanadsan's ?

Sən qanadsan was written by PRoMete.

Who produced Sən qanadsan's ?

Sən qanadsan was produced by HOST Production.

When did PRoMete release Sən qanadsan?

PRoMete released Sən qanadsan on Mon Feb 14 2011.

Your Gateway to High-Quality MP3, FLAC and Lyrics
DownloadMP3FLAC.com