Pəncərə by PRoMete (Ft. Orkhan Zeynalli)
Pəncərə by PRoMete (Ft. Orkhan Zeynalli)

Pəncərə

PRoMete & Orkhan Zeynalli * Track #20 On Sinqllar (2006-2015)

Pəncərə Lyrics

[Bənd 1] [AiD]
Xatirələr oyatdı pəncərə nəyə görə?!
Hər şey başladı pəncərədən əvvəlcədən
Adi kəlmədən, daha nədən?
Getməkdən, gəlməkdən, məhəllə-məktəbdən

Bir yerdə (hə) gizlincə gəzməkdən
İlk sevgi-məhəbbət beləcə yarandı
Bu tale-qismət gecədən qaradır
O bilmədi nədən başladı soyuqluq

Gün gəldi, görüşlər kəsildi biryolluq
Qalsa da sevgidiyi uşaqlıq illərində
Yaşadı sevgisi ürəyində, dərində
Bir gün də o qaldı yalnız
Fikrində yalnız o qız...
O qız... O qız...

[Nəqərat] [PRoMete]
Ay məni məndən alıb gedən
Dərdlərimi dərdə salıb gedən
Ləzzəti çörəyimdə, ağrısı kürəyimdə
Həsrəti ürəyimdə qalıb gedən!
Ləzzəti çörəyimdə, ağrısı kürəyimdə
Həsrəti ürəyimdə qalıb gedən!

Gecə çatdı səhərə
Lay-lay dedim şəhərə
Açılmadı bir kərə
Pəncərən, pəncərən, pəncərən...

[Bənd 2] [PRoMete]
Var bu məhəbbətin davamı
Pəncərənin o yanı - qız olan yanı
Yağışlar cizgiləridir dünyanın
O qız yenə pəncərədə göründü

Kənardan adicə görüntü
Əslində xəstəlik, üzüntü
Həkimlər deyirdi şəfasız
Oğlan düşünürdü vəfasız
Pəncərədə görüşdü onun baxışları

Pəncərədə öpüşdü onun baxışları
Pəncərəyə düzdü naxışları
Gözündən süzülən yağışları!
Çalışdı yarından olsun uzaq

Səbəbi o qıza bəllidir ancaq
Bu sevgi naminə ayrılsaq
Açma pəncərəni
Açmaq, uçmaq...

[Nəqərat] [PRoMete]
Bir daha gəldim o yerlərə
Tanış küçə, tanış pəncərə
Bir ömür yaşayaydıq, bir günlük qovuşaydıq
Bir anlıq qayıdaydıq o illərə...
Bir ömür yaşayaydıq, bir günlük qovuşaydıq
Bir anlıq qayıdaydıq o illərə...

Gecə çatdı səhərə
Lay-lay dedim şəhərə
Açılmadı bir kərə
Pəncərən, pəncərən, pəncərən...

[Bənd 3] [AiD]
Son nöqtəyə yaxınlaşmaq
Olmamaq qorxusunu aşmaq
Əziyyətlə rahatlaşmaq
Zülmdən zülmətə bir anlıq uçuş...
Payızın xəzan nəfəsi

Yolu qısaltmaq həvəsi
Ömrün sonuncu qəfəsi
Möhlətdən qismətə bir anlıq uçuş...
Nə acizlik, nə igidlik?!
Həm ölülük, həm dirilik...
Bir bilirikmi? Bilmirik

Cəhalətdən Cənnətə bir anlıq uçuş...
Cəhalətdən Cənnətə, bəlkədən...
Əlbəttə, birinci son dəfə
Xəlvətdən xəlvətə
Eyvandan həyətə bir anlıq uçuş...
Sürünməkdən qurtuluş
(Sürünməkdən qurtuluş)

[Nəqərat] [PRoMete]
Gecə çatdı səhərə
Lay-lay dedim şəhərə
Açılmadı bir kərə
Pəncərən, pəncərən, pəncərən...

Pəncərən, pəncərən, pəncərən...

Pəncərə Q&A

Who wrote Pəncərə's ?

Pəncərə was written by Rasim Müzəffərli & Dəyirman.

When did PRoMete release Pəncərə?

PRoMete released Pəncərə on Sat Jun 05 2010.

Your Gateway to High-Quality MP3, FLAC and Lyrics
DownloadMP3FLAC.com