#icmal1 by PRoMete
#icmal1 by PRoMete

#icmal1

PRoMete * Track #30 On Sinqllar (2006-2015)

#icmal1 Lyrics

[Giriş]
Demək istədiyin həqiqətləri
Uzun müddət içində saxladıqca
Üzə çıxarmaq daha da çətinləşir
Yalan isə od kimidir, nə yaxşı, nə də pis
Ya qızdırır, ya da yandırır

[Bənd 1] [PRoMete]
Bilirəm nədən yazım, amma niyə axı?!
Yazdığım hər sətrə qara kostyumlular baxır
Adamı tutub basarlar sətrinə görə içəri
Onda da ən yaxşı halda soyular Nəsimi kimi dərin

Doğmur Günəş bu yerlərdə, onun da çatıb “dolya”sı
Kiminsə qohumusansa, yasımdan üstündür toyun!
Ya da boğum sevincimi, toyumdan üstündür yasın
Tutun basın bu köpək oğlunu, tutun içəriyə basın!

Bir vaxtki silahdaşlarım indi kiminsə dalında
Girib oturub özünə rahat mənzil almaq ümidi ilə
Sonra da ağıl öyrədir efirdə gəncliyimə
Onun-bunun p*xuna bulaşmış o uzun dili ilə!

Açığı Camal-ı da anlaya bilmirəm, nədir istəyi?!
Yazmışdım söyüş söyəndə: "Bu hərəkətini sevmədim!"
Sonra da bayrağa döş yapışdırdı, qovuldu "Meydan"-dan
Yenə də bir tutarlı məntiqə uyğunluq görmədim!

Bu qədər qalmaqalın, dava-dalaşın ortasında
Nadirin "Maral"ları hələ də efiri partladır!
Snoop yola verir Aygünü, Röya Fransada taksidə
Zorxana Fikrət oğlu "Fort Boyard"a açar paylayır!

Zuckerberg bizim üçün daha çox edir, nəinki yerli TV-lər
Yerli saytlar göstərir ki, soyunur yerli civilər
Dünyanın hər yerində eyni cür qlobal siyasət
Kapitalizm quruluşunu atmaq lazımdır zibilə!

[Nəqərat] [PRoMete]
Vətən mənə oğul desə nə dərdim
Mənim vəziyyətim mamırdan da beş-bətərdir!
Vətəni sevməyən insan olmaz
Yox, vətəni sevən adamda imkan olmaz!

Vətən mənə oğul desə nə dərdim
Mənim vəziyyətim mamırdan da beş-bətərdir!
Vətəni sevməyən insan olmaz
Yox, vətəni sevən adamda imkan olmaz!

#icmal1 Q&A

Who wrote #icmal1's ?

#icmal1 was written by PRoMete.

When did PRoMete release #icmal1?

PRoMete released #icmal1 on Fri Oct 18 2013.

Your Gateway to High-Quality MP3, FLAC and Lyrics
DownloadMP3FLAC.com