Bir Də Başdan by PRoMete
Bir Də Başdan by PRoMete

Bir Də Başdan

PRoMete * Track #18 On Sinqllar (2006-2015)

Bir Də Başdan Lyrics

Skit]
[Xəstə - Uğur İbrahimli] [Həkim – Rəşad Kərimli]

Xəstə: Bilirsiniz, mən bu gecə bir fikrə gəlmişəm
Daha doğrusu, sizinlə razılaşmaq istəyirəm
Həkim: Hıh, sən? Nə razılaşma? Axı sən...
Xəstə: Yox, yox, dayanın! Axı mən sizdən bu vaxta qədər heç nə istəməmişəm
Birinci dəfədir, sizdən bir şey istəyəcəm... Və son dəfə. Söz verirəm, son dəfə!
Həkim: Yaxşı, buyur...
Xəstə: Nə olar, hər şeyi geri qaytarın!...
Həkim: Başa düşmədim!
Xəstə: Mən başdan başlamaq istəyirəm...
Həkim: Aparın bunu öz palatasına!
Xəstə: Söz verirəm, hər şey başqa cür olacaq...
Həkim: Aparın bunu!
Xəstə: Mənə inanın....

[Bənd] [PRoMete]
Necə asan olardı, hər şeyi almaq olsaydı geriyə bir də başdan...
Ya da elədiklərini silmək bacarığı olaydı, kaş ki, yaddaşdan
Nə ürəklər olardı onda buz parçası, nə oynanılardı oyunlar
Nə anlaşılmazlıqlar olardı, nə də ki, heç kimdə olmazdı baş daşdan

Necə asan olardı, hər şeyi almaq olsaydı geriyə bir də başdan...
Beləcə sərhədlər də yığışardı, olmazdı möhkəmdən-yavaşdan
Ya da məftillərdən körpülər tikilərdi, tikanlar sökülərdi
Aralı qalmazdı bir də heç vaxt qardaş qardaşdan

Necə asan olardı, hər şeyi almaq olsaydı geriyə bir də başdan...
Onda evim olardı çox sadə, ya taxtadan, ya da qamışdan!
Hər şeyi özümə dərd eləməzdim, dəli olardım, dərdimi çəkərdilər
Ya da özümü öldürərdim bu sosial quruluşlar qurulmamışdan

Necə asan olardı, hər şeyi almaq olsaydı geriyə bir də başdan...
Dilinizi yalandan təmizlərdim, içinizi qorxudan-təlaşdan
Başa salmağa çalışardım ki, Adəm övladı, bu cür hərəkətlər yaraşmaz
Ya da olmasa, göyərçin olub sizi qurtarardım bu qanlı savaşdan

Necə asan olardı, hər bir addımımda tutan olsaydı əlimdən...
Düşünsəydilər yerimə, ən xoş sözləri desəydilər, amma dilimdən
Yəqin, bu, ən unudulmaz hiss olardı, hər kəsə özü qədər doğma görünmək
Amma bacara bilmirəm mən palaza bürünüb ellə sürünmək

Necə asan olardı, istəyəndə çönüb olmaq insan yox, kölgə...
Hər kəsi mümkün olsaydı sezmək, səni mümkün olmasaydı görmək
Hamıya ürəyimdən keçəni deyərdim onda çəkinmədən, bəlkə?!
Qorxutmazdı məni nə hədə, nə qorxu, nə də ki, heç bir təhlükə

Necə asan olardı, istəmədiyin səsləri mümkün olsaydı, söndürmək...
Ya da xoş olmayan xatirələri bir anda boğub, məhv edib öldürmək!
Onda olmazdı yer üzündə nə cinayətlər, nə cəzalar, nə türmə
Nə gözüyaşlılar olmazdı, nə də qəmlilər, asan olardı güldürmək

Necə asan olardı, hər cümlədə olmasaydı bir cümlə sətiraltı...
Lap körpə uşaq kimi tərtəmiz olardı onda bu şüuraltı
Yuxuları gecələr rahat yatardıq, nağıl kimi bir ömür yaşardıq
Lap sonda da kimsə göydən üç dənə qırmızı alma atardı!

[Skit]
Həkim: Kimin növbəsidir?

Bir Də Başdan Q&A

Who wrote Bir Də Başdan's ?

Bir Də Başdan was written by PRoMete.

When did PRoMete release Bir Də Başdan?

PRoMete released Bir Də Başdan on Fri Mar 19 2010.

Your Gateway to High-Quality MP3, FLAC and Lyrics
DownloadMP3FLAC.com