Adını Günəş Qoyacaq by PRoMete
Adını Günəş Qoyacaq by PRoMete

Adını Günəş Qoyacaq

PRoMete * Track #10 On Sinqllar (2006-2015)

Adını Günəş Qoyacaq Lyrics

[Skit] [Грозовой Перевал]
Вы как то мне сказали, что любовь принесет мне лишь боль и страдание…
Ничего из того, что мне довелось пережить… неубидила меня в обратном
Вы ввели меня в заблуждение. Не нарочно, нет! Но вы были неправы…
Если это так, то усилия всей моей жизни на смарку... Ты хотел чтобы, я поверил в это?
Чтобы вы, поверили в то что приносит душе покой..

[Skit] [“İldırımlı Yüksəkliklər” filmindən]
Siz bir dəfə sevginin mənə əzab və ağrıdan başqa heç nə gətirməyəcəyini söyləmişdiniz
Yaşadıqlarımdan heç bir şey mənə bunun əksini göstərməyib
Siz məni yanlış istiqamətə yönləndirmisiniz. Qəstdən yox. Amma siz yanılırsınız
Elədirsə, bütün həyatım boyu gəldiyim nəticə bir səhvdən ibarətdir? Sən məni buna inandırmağa çalışırsan?
Sizi qəlbə rahatlıq gətirən hissə inandırmağa çalışıram...

[Bənd 1]
Həyat qəribədir, dördbucaq üstünə üçbucaq - ev olur
İllər insanı çox yorur... Cavanlıq tüstüdə qeyb olur...
İtirincə fərqinə varırsan, sev onu!

Öldür eqonu! Nəyinə gərəkdir ki, bu?
Mən yanındayam, sənə başqa nə lazım?
Mənə isə sənin nazın lazım
Yəni şəfəqin. Çıx üfüqə, mən rəfiqin!

Çəkilib sevginin tətiyi, sanki sərxoşam...
Nə boşa xərcləmək deyə bilirəm buna mən, vaxtı
Nə də günahlandıra bilirəm baxtı...

Dönüb dala 4 illik qısa zaman kəsiyinə baxdım
Güldüm, gördüm hardadır səhv, duruxdum...
Qoy əlini ovcuma
Qorxdun?

[Nəqərat]
Yaxın ol, duyum qoxunu, səsimi hiss et!
Küləyə yalvardım, qısqanmaram, ətriylə rəqs et!
Hər gün günəşə baxıram səni görmək üçün!
Bu, ən rahat ölüm olmalıdır, canıma qəsd et!

[Bənd 2]
Nə bitsin istərəm, nə də başlasın
Bilirəm inanmaq çətin buna
Sən yoxsansa, olmasın başqası
Sənsiz davam edə bilmirəm yoluma

Hər addım sanki başqadır, amma
Hamısının yazısı eyni sonuna!
Bu dəfə bitməz deyə başladıq
Odur ki, bərk yapış sən qolumdan

Bitdi gecələr, qaranlıq və səhər hökm sürər... (hökm sürər)
Mən səni qazana-qazana daha çox qısqanıram güzgünə!

Dəli fikirlər ağlımın içində, məni bir dinlə
Mən ürəyində sənə ən yaxın şah damar kimi!
Mən sanki ən ağır xəstəyəm hüzurunda
Sənsə həkimim!

[Nəqərat]
Yaxın ol, duyum qoxunu, səsimi hiss et!
Küləyə yalvardım, qısqanmaram, ətriylə rəqs et!
Hər gün günəşə baxıram səni görmək üçün!
Bu, ən rahat ölüm olmalıdır, canıma qəsd et!

[Bənd 3]
Həqiqət acıdır: nə sən varsan, nə də mən
Biz ikimiz də ibarət təkdən!
Hər şeyi mənim üstümə atma!
Axı bu gəmidə deyiləm kapitan tək mən!

Hökmən bir addım daha yaxınlaş
Başın çiynimdə. Rəsmin olmalı
Ayrı qalanda şəkilə baxmalı
Fikrə dalmalı
Bunlar hamısı normaldır
Olanlar olmalıdır

Yetərincə tələsmişəm, indi isə
Daha durulmuş çay kimi!
Sənə açıq sularım
Üzməni istərəm, rahat ol!
Bu ürəyim bir ümman kimi!
Sənə açıb qolların!

[Nəqərat]
Yaxın ol, duyum qoxunu, səsimi hiss et!
Küləyə yalvardım, qısqanmaram, ətriylə rəqs et!
Hər gün günəşə baxıram səni görmək üçün!
Bu, ən rahat ölüm olmalıdır, canıma qəsd et!

Adını Günəş Qoyacaq Q&A

Who wrote Adını Günəş Qoyacaq's ?

Adını Günəş Qoyacaq was written by PRoMete.

When did PRoMete release Adını Günəş Qoyacaq?

PRoMete released Adını Günəş Qoyacaq on Sun Jun 28 2009.

Your Gateway to High-Quality MP3, FLAC and Lyrics
DownloadMP3FLAC.com