İnanma by PRoMete
İnanma by PRoMete

İnanma

PRoMete * Track #7 On Sinqllar (2006-2015)

İnanma Lyrics

[Bənd 1]
Qorxu nağıllarındakı qəhrəmanlardanam
Ordan qaçıb bura düşmüşəm...
Köpək dişlərim var
Mənə bax! Səni yeyərəm...
Məndən qorx!

Hər gecə iki diri bala parçalamasam rahat yata bilmirəm
Düzü özüm də bilmirəm niyə belə oldum...
Bir səhər yatdım, gecə durdum
Gördüm gözümün içi qan...

Güzgüyə baxmaqdan qorxuram o gündən
Günəşi də sevə bilmirəm artıq...
O da məni sevmir, çünki...
Düşündüm ki, bəlkə yuxudur, dişlədim qolumu...

Qoluma iz düşüb o gündən...
Özümdən qorxmağa başlayıram
Evi sür-sümük basıb
Qonşular da şikayətlənir əlimdən
Qonşunun oğlunu da yedim dünən hirsimdən

Sonra ordan qaçdım gizlin mən...
İndi gündüzləri zirzəmidə keçirən
Nağıl qəhrəmanlarındanam..

[Nəqərat]
İnanma!!!
Nağıl danışırlar sənə... Boşdur...
Hər şey göründüyü kimi deyil, içi boşdur
Boşdur, boşdur, boşdur...

İnanma!!!
Yalan danışırlar sənə... Boşdur...
Hər şey göründüyü kimi deyil, içi boşdur
Boşdur, boşdur, boşdur...

İnanma!!!
Nağıl danışırlar sənə... Boşdur...
Hər şey göründüyü kimi deyil, içi boşdur
Boşdur, boşdur, boşdur...

İnanma!!!
Yalan danışırlar sənə... Boşdur...
Hər şey göründüyü kimi deyil, içi boşdur
Boşdur, boşdur, boşdur...

[Bənd 2]
Mən kölgəlikləri sevmirəm
Mənim yerim gün altıdır...
İstəyirəm gün altında qanadlarım parıldasın
Hər kəs məni tanısın...

Hündürlükləri sevirəm
Tək qorxum qartallardır...
Uçmağı təzə öyrənmişəm
Göydən yer üstü nə gözəldir
Uçsan sən də görərdin...

Sən də mənim kimi, dəli kimi sevə bilərdin
Göyərçin olduğunu dərk etdiyin anda
Dərdləri tərk edərdin, tək gedərdin

Və bir gün cüt olardın
Yanına bir dişi qoşulardı
Daşı-divarı fərqli görməyə başlardın
Hər tərəf çiçəklə dolardı
Sevdiyin rəngi alardı ətraf...

“Günəşim” - deyərdin ona sən
Sevgini hər gün yüz dəfə sübut eləyib
Xoşbətliyin nə olduğunu bir dəfəlik anlayıb ömür sürərdin...

[Nəqərat]
İnanma!!!
Nağıl danışırlar sənə... Boşdur...
Hər şey göründüyü kimi deyil, içi boşdur
Boşdur, boşdur, boşdur...

İnanma!!!
Yalan danışırlar sənə... Boşdur...
Hər şey göründüyü kimi deyil, içi boşdur
Boşdur, boşdur, boşdur...

İnanma!!!
Nağıl danışırlar sənə... Boşdur...
Hər şey göründüyü kimi deyil, içi boşdur
Boşdur, boşdur, boşdur...

İnanma!!!
Yalan danışırlar sənə... Boşdur...
Hər şey göründüyü kimi deyil, içi boşdur
Boşdur, boşdur, boşdur...

İnanma!!!
İnanma!!!
İnanma!!!

İnanma Q&A

Who wrote İnanma's ?

İnanma was written by PRoMete.

When did PRoMete release İnanma?

PRoMete released İnanma on Tue May 12 2009.

Your Gateway to High-Quality MP3, FLAC and Lyrics
DownloadMP3FLAC.com