#NəvarNəyox by Orkhan Zeynalli
#NəvarNəyox by Orkhan Zeynalli

#NəvarNəyox

Orkhan Zeynalli * Track #5 On Yaş Gəlir

#NəvarNəyox Lyrics

[Bənd 1]
Var “track”, başlayır hansı ki, nəqarətsiz
Var söz, bir az düz, amma cəsarətsiz
Var xalqa, müraciət sanki ədəbiyyatdır
Var xalq, hansı ki, dinlədikcə əbədi yatdı

Var ölkə, hansı ki, tikilir sökülür turistlərcün
Var sevgi, hansı ki, küçədə yemdir polislərçün
Var qələm, var vərəq və var tükənməz hisslər
Var dinləyici, hansı ki, sevdiyindən ölməyini istər

Var səma, var günəş hansı ki, qovur ulduzları
Var vəhşi ata-ana, hansı ki, doğur quduzları
Var şəhər, bir-iki damla bal və qalanı zəhər
Var cəmiyyət, hansı, qəhrəmandan çox yalanı sevər

Var bezmək, var dözmək, çoxluqda itib getmək
Var tərk edib getmək, var tüpürüb getmək
Var intihar etmək, sevgi cavabsız qalanda
Var cəhənnəmdə yanmaq, günahsız olanda

Var pul, var şöhrət, var əmr və qul
Varsa sədaqətin, evin yananda yerində dur
Var insan, səhv etdikcə sevir səhv edənləri
Var Allah, dərd verir və sevir səbr edənləri

Var dəniz və dibinə getdikcə anlayırsan
Ki var qaranlıqda parıldayan möcüzələr
Var hekayə, hansının ki, sonunda ağlayırsan
Və var yeni səhifə, açıb köhnə kitabı bağlayırsan

[Nəqərat]
Var keçmişdən bizə gələnlər
Var “gələcəyi görürəm” deyənlər
Yoxsa uzun-uzun söhbət edənlər
Tap tanışını "Nə var, nə yox" denən

Var keçmişdən bizə gələnlər
Var “gələcəyi görürəm” deyənlər
Yoxsa uzun-uzun söhbət edənlər
Tap tanışını "Nə var, nə yox" denən

Söhbətim şəhərimlə bu gün
Zəhərim var bu gün
“Track”im də var
Tökəcəm nə qədər ki, gec deyil

Söhbətim şəhərimlə bu gün
Zəhərim var bu gün
“Track”im də var
Tökəcəm nə qədər ki, gec deyil

[Bənd 2]
Var brend alanlar, var brend olanlar
Var düz yol gedənlərə bənd olanlar
Var böyük qüvvə yaratmaq fərqlilərdən
Var məndə olanlar, var səndə olanlar

Var sistem, hansı ki, min illər boyu dəyişmir
Yuxarıdakılar qol çəkir aşağıdakılar öldükcə
Mən düz söz desəm, sən onu dərk etsən
Bir olub dəf etmək olar hər sədd hörüldükcə

Var hamı gözün bağlayanda gizlincə göz vurmaq
Qaranlıq hamını ağladanda işıq salıb iz qoymaq
Yem bol, geniş qarınlar və doymayan gözlər
Siz partlamaq istiyirsiz, amma biz doymaq

“Nə var nə yox” deyib keçirik, amma dəyişmir heç nə
Dərdi özü istəyənlərin dərdi artıq deyil vecimə
Hünərin yoxsa, xəyallar sərhədin keçmə
Həyat sənin seçimindir axı, istəmirsən seçmə

[Nəqərat]
Var keçmişdən bizə gələnlər
Var “gələcəyi görürəm” deyənlər
Yoxsa uzun-uzun söhbət edənlər
Tap tanışını "Nə var, nə yox" denən

Var keçmişdən bizə gələnlər
Var “gələcəyi görürəm” deyənlər
Yoxsa uzun-uzun söhbət edənlər
Tap tanışını "Nə var, nə yox" denən

Söhbətim şəhərimlə bu gün
Zəhərim var bu gün
“Track”im də var
Tökəcəm nə qədər ki, gec deyil

Söhbətim şəhərimlə bu gün
Zəhərim var bu gün
“Track”im də var
Tökəcəm nə qədər ki, gec deyil

[Bənd 3]
Cəmiyyət məhv olur, yazmamaq olmur, susmaq olmur
Azadlıq olub şou-biznes - ancaq əyləncə üçün
Bakının havasın - nə udmaq, nə də ki, qusmaq olmur
Açılmış pərdələr bağlanır bir gün evlənmək üçün

Hər dəfə qoyuram qələmi tənqidə başlamadan
Onsuz da dəyişmir heç nə, əsəblər boşuna məhv olur
Bu xalqın tələbi belədir, səbəbi bilmir daşlamadan
Onsuz da sabah düz olacaq şəxs, bu gün səhv olur

[Nəqərat]
Söhbətim şəhərimlə bu gün
Zəhərim var bu gün
“Track”im də var
Tökəcəm nə qədər ki, gec deyil

Söhbətim şəhərimlə bu gün
Zəhərim var bu gün
“Track”im də var
Tökəcəm nə qədər ki, gec deyil

#NəvarNəyox Q&A

Who wrote #NəvarNəyox's ?

#NəvarNəyox was written by Orkhan Zeynalli.

When did Orkhan Zeynalli release #NəvarNəyox?

Orkhan Zeynalli released #NəvarNəyox on Sun Dec 16 2012.

Your Gateway to High-Quality MP3, FLAC and Lyrics
DownloadMP3FLAC.com