Orkhan Zeynalli
Orkhan Zeynalli
Orkhan Zeynalli
Orkhan Zeynalli
Orkhan Zeynalli
Orkhan Zeynalli & Miri Yusif
Orkhan Zeynalli
Orkhan Zeynalli
Orkhan Zeynalli & Dilara Kazimova
Orkhan Zeynalli & Gültəkin
Orkhan Zeynalli
[Bənd 1]
Bu şəhər mənə doğmadır
Mən ona özgə sayılsam da son illərdə
Bir neçə ildir artıq sıxılmaq tərk etmir
Artıq doğmalar da şəhərə sevgini bərkitmir
Bəlkə də bu şəhərdə qırılmış qəlbdir səbəb
Bəlkə hər kəsin içindəki dərddir səbəb
Hamıda keçmiş günlərdən var bir nəfər
Unutmaq istəyib unuda bilmədiyi bir nəfər
Görəsən neçə ürək gəzir məndən incimiş?
Görəsən neçə ürəkdən sevgim incimiş?
İndi çox az adama sevgidən söz təsir edir
İndi gülüş ancaq 2 nöqtə, 1 mörtərizədir
İndi o duyğular ancaq payızda gəlib gedir
İnsanlıq uzaq qohumtək arada gəlib gedir
Məndən salam de tanımadığım yerlərə
Denən ki, bu şəhər hamını bir-bir atıb gedir
Hər dəfə qayıdanda evə qəmli musiqilər
Ən xoş günlərdə belə nəsə çatmır yenə
Ya artıq yaddır şəhər, doğma hisslərdən uzaq
Ya da sadəcə payız qəmləmdirir məni yenə
[Bənd 2]
Pəncərəyə üfürüb orda ürək çəkmək
Ya da ki, qarda, yerdə uzanıb mələk çəkmək
Uşaqlıq və yaxud təmiz qəlbin əməlləri
Kim deyib ki, böyüdükcə ürək çirklənməli?
Soyuq Bakı havasında bəlkə bir isti kofe
Ya da bir şirin söhbət, həyatı unutmaq üçün
Mənə xoş sonluqla bitən maraqlı bir kino ver
Sonluq sözü elə bəsdir sevgini soyutmaq üçün
Tanışların sayı artır dostlar azaldıqca
Hərdən unuduram nədən daha çox zövq aldığımı
Və yenidən vuruluram şəhərə hava qaraldıqca
Sevinirəm anlayanda hələ də bütöv qaldığımı
Mən bəzən darıxıram şəhərdən uzaqda olub
Uzaqdan şəhərə baxıb onun üçün darıxmaqçün
Mən bəzən danışıram qəmli notlarla
Qəmli havaya girib sənin üçün darıxmaqçün
[Skit]
Mənim şəhərim gecələr yatmır
Gecələr yatmır
Mənim şəhərim gecələr yatmır
Gecələr yatmır
Mənim Şəhərim was written by Orkhan Zeynalli.
Orkhan Zeynalli released Mənim Şəhərim on Sun Dec 16 2012.