Orkhan Zeynalli
Orkhan Zeynalli
Orkhan Zeynalli
Orkhan Zeynalli
Orkhan Zeynalli
Orkhan Zeynalli & Miri Yusif
Orkhan Zeynalli
Orkhan Zeynalli
Orkhan Zeynalli & Dilara Kazimova
Orkhan Zeynalli & Gültəkin
Orkhan Zeynalli
[Bənd 1: Miri Yusif]
Hissim kədər, deyilən sözlər hədər
Yaşa gəlim ömrüm yetənə qədər
Yorulub əqrəblər, açılır səhər
Yuxusuz gözlər, yuxulu şəhər
Mən onu gözlədim, ondan bixəbər
Hər günüm bir-birinə bənzər
Dənizimi örtər o ləpələr
Oxuyar sahilə “bəlkə”lər
[Nəqərat: Miri Yusif]
Bəlkələr, ay bəlkələr
Arzularımız - bəlkələr
Bəlkələr, ay bəlkələr
Dualarımız - bəlkələr
[Bənd 2: Orkhan Zeynalli]
İllərin yorğunusan, Miri, sən daha yaxşı bilirsən
Nədir həyat, nədir zaman, nədir ata olmaq
Kaseti fırladım geri, uşaqlığın səsi gəldi
Görəsən atam istəyirdimi nə vaxtsa ata olmaq?!
Görəsən yükəmmi və ya həyatdan tələbəmmi?!
Ağarıbsa anamın örpəyi, mən əsas səbəbəmmi?!
Bilmirəm... Kimsə ölür gedir, gedincə örnək olur
Kiminsə də gələcək planı bircə ölmək olur
İlham pərim yenə qaranlıq bir ev
Və işıq verməkdən yorulmuş bir şam
Yanır Bakı gecəsi
Tək-cüt yatanların qəlbləri
Oyanır çoxu səhərsi tək
Bəlkə də səhvik bu ölkədə
Həyat rahat incidə bilmək üçün
Əvvəlcə bizə ərk edər
Onun da tərk edəndə yanan gözləri
Sanki deyirdi ki, sonacan gözləyim
Baxmıram sabah haqqında proqnoza
Kim deyəcək ki, bizə hansı gün yaxşı, hansı pis
Xoşbəxt günlər təqvimdə yazılsa əvvəldən
Bilərdik əsl sevgiyə aparır hansı iz
Gözlərim yol çəkir, gələcək haqqında
Görəsən nə deyə bilər gələcək haqqımda?!
Ən azı mən həyatdan, həyat məndən razı
Susur sevgi, bu gün qələm illərdən yazır
[Nəqərat: Miri Yusif]
Bəlkələr, ay bəlkələr
Arzularımız, bəlkələr
Bəlkələr, ay bəlkələr
Dualarımız, bəlkələr
Bəlkələr was written by Orkhan Zeynalli.
Orkhan Zeynalli released Bəlkələr on Sun Dec 16 2012.