Mavi Qızılgüllər by Orkhan Zeynalli (Ft. Gültəkin)
Mavi Qızılgüllər by Orkhan Zeynalli (Ft. Gültəkin)

Mavi Qızılgüllər

Orkhan Zeynalli & Gültəkin * Track #10 On Yaş Gəlir

Mavi Qızılgüllər Lyrics

[Bənd 1]
Bu gülü bağışladım ki, sən dərk edəsən
Bu gülü bağışladım ki, sən tərk edəsən
Bu günü yaşadım ki, anlayasan bəlkə də sən
Bu ömrü yaşamadım ki, sən məhv edəsən

Zamanı verməyiblər ki, biz onu qaytaraq
Qədrini bilmədikcə ancaq xəyallarda
Həyatı verməyiblər ki, biz onu aldadaq
Xoşbəxt olduğumuzu deyək ancaq yalanlarda

Sevgini vərməyiblər, təkcə ondan mahnı yazaq
Bilirəm, sətirlərimdə sevgi müqəddəsdir
Torpağı verməyiblər, təkcə orda qəbir qazaq
İstərəm torpaqda bitsin mavi qızılgüllər

Bahar vaxtı açıq qalan pəncərələrdən
Baxıb güc alanda küçədə sevgililərdən
Gizlədəndə gözlərimdə sevgimi hərdən
Bu həyatı istəmədiyimi anlamışdım lap öncələrdən

Qələmi verməyiblər mənə, mən tək səndən yazım
Səhərlər ayırır məni sevdiyim gecələrdən
Ürəyi verməyiblər mənə, orda tək səni daşıyım
Bu qəlbi qırıq-qırıq toplamışam bir neçə yerdən mən

[Nəqərat]
Bu günlər bizim ömrümüzdən keçər
Mənim son ümidim açılan səhər
Sənin əllərin mənim əlimdən
Ayrılaraq qovuşar əbədi göylərə

Biz dünyamızı döndərəcəyik yenə
Vurulaq yenə, sarılaq yenə
Son dəfə rəqs etmədik yağışda
Mənə mavi qızılgülü bağışla

[Bənd 2]
Uşaq vaxtı axtarırdım möcüzələri mən
Tapmadıqca tez-tez deyirdim ki, düzələr mən
Maraqsızlaşırdı həyat böyüdükcə mən
Gətirmir böyük arzuya böyük büdcələr

Sən də bir möcüzə deyildin, nə qədər oxşasan da
Sən də yaşada bilmədin, qanıma qarışsan da
Sən də qalmayacaqsan yadımda uzun illər
İstərəm torpaqda bitsin mavi qızılgüllər

İnsanlar əl uzadır hərdən yerdən qaldırmaqçün
Bu əllər heç vaxt qaldırmayacaq qanadlartək
İnsanlar əl uzadır çox vaxt aşağıya dartmaqçün
Qanadlarsa heç vaxt incitməyəcək əllərtək

Mən artıq istəmirəm adi insan, adi həyat tərzi
Artıq istəmirəm əvvəlcədən bilim gələn fəsli
İstəyirəm ki, mənim üzümə gülsün göylər
İstərəm torpaqda bitsin mavi qızılgüllər

[Nəqərat]
Bu günlər bizim ömrümüzdən keçər
Mənim son ümidim açılan səhər
Sənin əllərin mənim əlimdən
Ayrılaraq qovuşar əbədi göylərə

Biz dünyamızı döndərəcəyik yenə
Vurulaq yenə, sarılaq yenə
Son dəfə rəqs etmədik yağışda
Mənə mavi qızılgülü bağışla

[Bənd 3]
De ki, sən də gözləməmisən möcüzələr
De ki, görməmisən yuxuda heç vaxt uçduğunu
De ki, saymırsan özünü hamıdan fərqli
De ki, istəmirsən bir gün qızıl balıq tutmaq

Qorxma, uşaqlıq deyil bunları xəyal etmək
Məncə, mümkünsüz deyil hər şеyi real etmək
Mən dəli olmamışam, göz yaşını sil artıq
Mən istəyirəm ki, insani dərdlər bitsin artıq

Mənə göydən gəldi bu toxumlar hədiyyə
Bu deyil bir işarə, bənzəmir dini vəhiyyə
Dеdilər bunu əksən torpaqda bitsə əgər
Mavi qızılgüllər sən də olacan bizdən biri

Mən özümlə aparmaq istədim səni uzaqlara
Sənsə inanmırsan, dözürsən bu yalanlara
Mən sonsuz yaşayacam - de bütün insanlara
Artıq tab gətirmədim dünyada üsyanlara

[Nəqərat]
Bu günlər bizim ömrümüzdən keçər
Mənim son ümidim açılan səhər
Sənin əllərin mənim əlimdən
Ayrılaraq qovuşar əbədi göylərə

Biz dünyamızı döndərəcəyik yenə
Vurulaq yenə, sarılaq yenə
Son dəfə rəqs etmədik yağışda
Mənə mavi qızılgülü bağışla

Mavi Qızılgüllər Q&A

Who wrote Mavi Qızılgüllər's ?

Mavi Qızılgüllər was written by Orkhan Zeynalli.

When did Orkhan Zeynalli release Mavi Qızılgüllər?

Orkhan Zeynalli released Mavi Qızılgüllər on Sun Dec 16 2012.

Your Gateway to High-Quality MP3, FLAC and Lyrics
DownloadMP3FLAC.com