Doğma Mahnılar by Orkhan Zeynalli (Ft. Dilara Kazimova)
Doğma Mahnılar by Orkhan Zeynalli (Ft. Dilara Kazimova)

Doğma Mahnılar

Orkhan Zeynalli & Dilara Kazimova * Track #9 On Yaş Gəlir

Doğma Mahnılar Lyrics

[Bənd 1: Orkhan Zeynallı]
Yenə də sıxır şəhər hər yeni nəfəsiylə
Təəccübləndirir qoca yaşamaq həvəsiylə
Cizgilər niyə cavan qalsın ruh qocalıbsa
Həyatdan nə hədiyyə gözləyim, məndən borc alıbsa?

Bağlanıbsa üzümə qapılar, pəncərələr
Sevgilər qalır burda, tərk edir öncə illər
Sən zəng elədin, mən donub qaldım
Sən əlimi istədin, mən qanad çaldım

Ruh bədəndən bezir, adını “ölüm” qoyurlar
Gözünü açıb yumursan, adını “ömür” qoyurlar
Sənin zamanını xərcləyib, sənlə vaxt keçirirlər
Həyatına daxil olub, hələ bir şah seçilirlər

Dağılacaqmı arzular, əgər dağılsa dünya?
Yatmamışdan öncə danışılan nağılsa dünya
Oyanmaq istəmirəm, gəl qalaq duyğularda
Sevgini, xoşbəxtliyi, gəl tapaq mahnılarda

[Nəqərat: Dilara Kazimova]
Hər səhər mən gözləyirəm
Bir buludtək ağlaram, hardasan?!
Bu həyatda sevgilərdən uzaqdayam mən
Mən sevirəm mahnılarda

[Bənd 2: Orkhan Zeynallı]
İllər keçsə də, sənə hisslərim eyni qalıb
Məni tərk etdiyin gündən bu günə sehir qalıb
Sənə yazılmış mahnılardan artıq özüm bezmişəm
Mahnılar həyatdırsa, gör nə qədər həyat gəzmişəm

Bu şəhər uzaqlaşır, artıq üfüqdən itir
Burdakı həyata çəkirəm xətt, şəfəqdən iti
Qərb tərəfimdə qəlbdir, mən geridə qalmışam
Həyat davam edir, gedir, mənsə hələdə qalmışam

Suallar da artıq yox ki, səbəbkar sayılsın
Necə səs salım hisslərimin bəlkə yarsı ayılsın?
Atdığım səhv addımların, kaş ki, hər izi yayılsın
Geriyə dönsəm bir gün yadıma düşməyəsən

Bir neçə söz, bir neçə not və gözəldi dünya
Bir neçə milyon insandan bezərdi dünya
Bir neçə sevdiyin insanla qal duyğularda
Yaxşı ki, başqa cürdür həyat doğma mahnılarda

[Nəqərat: Dilara Kazimova]
Hər səhər mən gözləyirəm
Bir buludtək ağlaram, hardasan?!
Bu həyatda sevgilərdən uzaqdayam mən
Mən sevirəm mahnılarda

Hər səhər mən gözləyirəm
Bir buludtək ağlaram, hardasan?!
Bu həyatda sevgilərdən uzaqdayam mən
Mən sevirəm mahnılarda

Doğma Mahnılar Q&A

When did Orkhan Zeynalli release Doğma Mahnılar?

Orkhan Zeynalli released Doğma Mahnılar on Sun Dec 16 2012.

Your Gateway to High-Quality MP3, FLAC and Lyrics
DownloadMP3FLAC.com