Əzizlərim by Nadir Qafarzadə
Əzizlərim by Nadir Qafarzadə

Əzizlərim

Nadir Qafarzadə * Track #10 On İfalar, Vol. 3

The music player is only available for users with at least 1,000 points.

Əzizlərim Lyrics

[Bənd 1]
Gözlərim hey yol çəkir, bir albom var qarşımda
Ürəyimdə intizar, xatirələr yaddaşımda
Ağlamaq istəyirəm mən, quruyub göz yaşım da
Çatarmı sizlərə səsim, ey mənim əzizlərim?

[Nəqərat]
Baxıram mən rəsmlərə, bir albom var qarşımda
Nəyi, kimi mən itirdim belə cavan yaşımda?
Nə qədər siz yaxın idiz, o qədər uzaqsınız
Bu axşam siz xəyalıma, ruhuma qonaqsınız
Ruhuma qonaqsınız

[Bənd 2]
Dünənki canlı insan bir gün dönür fotoya
Bir solğun şəkil qalır əvəz anaya, ataya
Bilirəm ki, varsınız, baxıram göyə, yerə
İnsan ölmür bu dünyada, dönür xoş xatirələrə

[Nəqərat]
Baxıram mən rəsmlərə, bir albom var qarşımda
Nəyi, kimi mən itirdim belə cavan yaşımda?
Nə qədər siz yaxın idiz, o qədər uzaqsınız
Bu axşam siz xəyalıma, ruhuma qonaqsınız
Ruhuma qonaqsınız

Baxıram mən rəsmlərə, bir albom var qarşımda
Nəyi, kimi mən itirdim belə cavan yaşımda?
Nə qədər siz yaxın idiz, o qədər uzaqsınız
Bu axşam siz xəyalıma, ruhuma qonaqsınız
Ruhuma qonaqsınız
Ruhuma qonaqsınız...

Əzizlərim Q&A

Who wrote Əzizlərim's ?

Əzizlərim was written by Novruz Aslan & Baba Vəziroğlu.

Your Gateway to High-Quality MP3, FLAC and Lyrics
DownloadMP3FLAC.com