Gəl Barışaq by Nadir Qafarzadə
Gəl Barışaq by Nadir Qafarzadə

Gəl Barışaq

Nadir Qafarzadə * Track #35 On İfalar, Vol. 3

The music player is only available for users with at least 1,000 points.

Gəl Barışaq Lyrics

[Bənd 1]
Gözlərində yenə giley oxundu
Mən nə dedim ürəyinə toxundu?
Bu adətdir, aralıqda söz olar
Gəl barışaq, niyə küsdün, niyə, yar?
Bu adətdir, aralıqda söz olar
Gəl barışaq, niyə küsdün, niyə, yar?

Ürəyimdə xatirələr oyandı
Keçən günlər göz önündə dayandı
Bir olardı sevincimiz, dərdimiz
Bir bölərdik sevinci biz, dərdi biz
Bir olardı sevincimiz, dərdimiz
Bir bölərdik sevinci biz, dərdi biz

[Bənd 2]
Yanağını çiçəklərdə aradım
Çəmənləri saçın deyib, daradım
Ay üzünə dedim, budur sabahım
Niyə küsdün, nədir mənim günahım?
Ay üzünə dedim, budur sabahım
Niyə küsdün, nədir mənim günahım?

[Nəqərat]
Ayna sular gözlərindir, dedim mən
Xoş nəğmələr sözlərindir, dedim mən
İlk eşqimə bircə səni istədim
Neyləyim ki, dönük çıxdı qismətim
İlk eşqimə bircə səni istədim
Neyləyim ki, dönük çıxdı qismətim

Ayna sular gözlərindir, dedim mən
Xoş nəğmələr sözlərindir, dedim mən
İlk eşqimə bircə səni istədim
Neyləyim ki, dönük çıxdı qismətim

İlk eşqimə bircə səni istədim
Neyləyim ki, dönük çıxdı qismətim
Neyləyim ki, dönük çıxdı qismətim
Neyləyim ki, dönük çıxdı qismətim

Gəl Barışaq Q&A

Who wrote Gəl Barışaq's ?

Gəl Barışaq was written by Elza İbrahimova & Əliağa Kürçaylı.

Your Gateway to High-Quality MP3, FLAC and Lyrics
DownloadMP3FLAC.com