Qurban Verərdim by Nadir Qafarzadə
Qurban Verərdim by Nadir Qafarzadə

Qurban Verərdim

Nadir Qafarzadə * Track #19 On İfalar, Vol. 3

The music player is only available for users with at least 1,000 points.

Qurban Verərdim Lyrics

[Bənd 1]
Mənə bircə kəlmə can söyləsəydin
O bircə kəlmənə min can verərdim
Ömrünü, gününü dərd eyləsəydin
Ömrümü, günümü dərman verərdim
Ömrünü, gününü dərd eyləsəydin
Ömrümü, günümü dərman verərdim

[Bənd 2]
Bezdirdim mən səni sədaqətimlə
Qaldım həsrətinlə, müsibətinlə
Könlümü alsaydın bu zülmətinlə
Sənə bir günəşli cahan verərdim
Könlümü alsaydın bu zülmətinlə
Sənə bir günəşli cahan verərdim

[Nəqarət]
O çağlar necə də mənə haydılar
Könlümə, gözümə şəfəq yaydılar
Keçən günlərimi qaytaraydılar
Gələn günlərimi qurban verərdim

[Bənd 3]
Biz elə ayrıldıq ki, səninlə, ey gül
Bir də ayrılıqdan ayrı düşmərik
Ah, bu son hicranın vüsalı müşkül
Dağ dağa rast gələr, biz görüşmərik
Ah, bu son hicranın vüsalı müşkül
Dağ dağa rast gələr, biz görüşmərik

[Nəqarət]
O çağlar necə də mənə haydılar
Könlümə, gözümə şəfəq yaydılar
Keçən günlərimi qaytaraydılar
Gələn günlərimi qurban verərdim

O çağlar necə də mənə haydılar
Könlümə, gözümə şəfəq yaydılar
Keçən günlərimi qaytaraydılar
Gələn günlərimi qurban verərdim

O çağlar necə də mənə haydılar
Könlümə, gözümə şəfəq yaydılar
Keçən günlərimi qaytaraydılar
Gələn günlərimi qurban verərdim

Qurban Verərdim Q&A

Who wrote Qurban Verərdim's ?

Qurban Verərdim was written by Elza İbrahimova & Rəfiq Zəka Xəndan.

Your Gateway to High-Quality MP3, FLAC and Lyrics
DownloadMP3FLAC.com