Son Dəfə by Abbas Bağırov
Son Dəfə by Abbas Bağırov

Son Dəfə

Abbas Bağırov * Track #5 On Heç Nə İstəmirəm

The music player is only available for users with at least 1,000 points.

Son Dəfə Lyrics

[Bənd 1]
Qapıda son dəfə ilk dəfə kimi
Boynunu bükərək durmusan yazıq
Məndən uzaqlaşdın cavanlıq kimi
Ömrümə qayıtmaz olmusan artıq

Əllərin əlimi bir daha sıxmaz
İsti nəfəsini son dəfə duydum
Gözlərin gözümə baxaraq dolmaz
Soyuq baxışını görərək susdum
Soyuq baxışını görərək susdum

[Nəqərat]
Kimdir səni xəyanətə çəkən vəfasız?
Məndənmi gözəldir, məndənmi cavan?
Bu sual dilimdə qaldı cavabsız
Aparırdı sirrini rəhmsiz zaman

Kimdir səni xəyanətə çəkən vəfasız?
Məndənmi gözəldir, məndənmi cavan?
Bu sual dilimdə qaldı cavabsız
Aparırdı sirrini rəhmsiz zaman

[Bənd 2]
Xəyalın qəlbimi hər an yaracaq
Beləcə qapıda düşərsən yada
Dünyaya sığılmaz kədərə qalacaq
Nə asan dəyişdin doğmanı yada

Ömrümün ən gözəl çağını aldın
Demədin nə üçün məni atırsan
Min dəfə “bağışla” deyərək qaldın
Atılmış qalmaqdan yoxsa qorxursan?
Atılmış qalmaqdan yoxsa qorxursan?

[Nəqərat]
Kimdir səni xəyanətə çəkən vəfasız?
Məndənmi gözəldir, məndənmi cavan?
Bu sual dilimdə qaldı cavabsız
Aparırdı sirrini rəhmsiz zaman

Kimdir səni xəyanətə çəkən vəfasız?
Məndənmi gözəldir, məndənmi cavan?
Bu sual dilimdə qaldı cavabsız
Aparırdı sirrini rəhmsiz zaman

Kimdir səni xəyanətə çəkən vəfasız?
Məndənmi gözəldir, məndənmi cavan?
Bu sual dilimdə qaldı cavabsız
Aparırdı sirrini rəhmsiz zaman

Kimdir səni xəyanətə çəkən vəfasız?
Məndənmi gözəldir, məndənmi cavan?
Bu sual dilimdə qaldı cavabsız
Aparırdı sirrini rəhmsiz zaman

Son Dəfə Q&A

Who wrote Son Dəfə's ?

Son Dəfə was written by İmruzə Hüseynova.

When did Abbas Bağırov release Son Dəfə?

Abbas Bağırov released Son Dəfə on Tue Aug 29 2006.

Your Gateway to High-Quality MP3, FLAC and Lyrics
DownloadMP3FLAC.com