Ayrı Sahillərin Eyni Dalğası by Abbas Bağırov
Ayrı Sahillərin Eyni Dalğası by Abbas Bağırov

Ayrı Sahillərin Eyni Dalğası

Abbas Bağırov * Track #1 On Heç Nə İstəmirəm

The music player is only available for users with at least 1,000 points.

Download "Ayrı Sahillərin Eyni Dalğası"

Ayrı Sahillərin Eyni Dalğası by Abbas Bağırov

Release Date
Fri Aug 29 2008
Performed by
Abbas Bağırov

Ayrı Sahillərin Eyni Dalğası Lyrics

Abbas Bağırov – Ayrı Sahillərin Eyni Dalğası

[Bənd 1]
Ömrün hər ilinə bir ümman dedim
Niyə uzaq saldı bu illər bizi?
Bir az sən geciksən, mən tələsəydim
Bəlkə ayırmazdı bu illər bizi

Yaxın bir sevginin uzaq nidası
Ürəyi şimşəktək odlayıb keçir
Ayrı sahillərin eyni dalğası
Doğma qəlbimizdən odlayıb keçir

Gecə şirin-şirin mürgüləyəndə
Seyr edər ay səni, kəhkəşan səni
Mən səhər küləyə “əsmə” deyəndə
Kim isə oyadar yuxudan səni

[Bənd 2]
Keçirsən, quş olub qanadlanıram
Amma ucalmağa üfüq çatmayır
Səni mələklərə mələk sanıram
O isə qanuni bir arvad sayır

Qoşa keçərsiniz, yaxın gəlmərəm
Mən yoxam yanında, nə zaman o var
Gözümü qaldırıb baxa bilmərəm
O isə istəsə, əl də qaldırar

Baxar, qibtə eyləmir sizi hər görən
Ya dinər yer ilə səma da birgə
Birgə döyünməyən ürəklər görən
Necə addımlayır dünyada birgə?

[Bənd 3]
Gecikmiş arzular aşıb-daşanda
Baxaram, könlümdən al qanlar axar
Qanunsuz bir nigah qanunlaşanda
Qanuni məhəbbət kənardan baxar

Ayrı Sahillərin Eyni Dalğası Q&A

Who wrote Ayrı Sahillərin Eyni Dalğası's ?

Ayrı Sahillərin Eyni Dalğası was written by İmruzə Hüseynova.

When did Abbas Bağırov release Ayrı Sahillərin Eyni Dalğası?

Abbas Bağırov released Ayrı Sahillərin Eyni Dalğası on Fri Aug 29 2008.

Your Gateway to High-Quality MP3, FLAC and Lyrics
DownloadMP3FLAC.com