Dünya by Abbas Bağırov
The music player is only available for users with at least 1,000 points.

Dünya Lyrics

[Bənd 1]
Heç nə istəmirəm səndən, ay dünya
Hər səhər günəşi qaytar Xəzərə
Məni ona, buna möhtac eyləmə
İmkan ver, yaşayım mən bircə kərə

Heç nə istəmirəm, qaytar baharı
Ruhuma çiləyim bir ətir kimi
Heç nə istəmirəm, başım üstündə
Ulduzlu göyləri aç çətir kimi

Heç nə istəmirəm səndən, ay dünya
Könlümün nədir ki, arzu-diləyi?
Mənə qanad versin mavi dalğalar
Saçımı darasın Bakı küləyi

[Bənd 2]
Heç nə istəmirəm, çiçəklər kimi
Könüllər açılsın, sevgi bitirsin
Hər payız durnalar köçsün qürbətə
Hər bahar ömrümə soraq gətirsin

Mən olum, bu torpaq, bu mavi səma
Belə səadəti hardan taparsan?
Nur kimi bir yağış yağsın üstümə
Bütün nisgilimi yuyub aparsın

Bu dünya mənimlə qurtaran deyil
Bütün sirlərimlə tanışam ona
Mənə ömür kimi axan bulaq ver
Hər səhər yuxumu danışım ona

Bu dünya mənimlə qurtaran deyil
Bütün sirlərimlə tanışam ona
Mənə ömür kimi axan bulaq ver
Hər səhər yuxumu danışım ona

Heç nə istəmirəm səndən, ay dünya
Könlümün nədir ki, arzu-diləyi?
Mənə qanad versin mavi dalğalar
Saçımı darasın Bakı küləyi

Dünya Q&A

Who wrote Dünya's ?

Dünya was written by İmruzə Hüseynova.

When did Abbas Bağırov release Dünya?

Abbas Bağırov released Dünya on Tue Aug 29 2006.

Your Gateway to High-Quality MP3, FLAC and Lyrics
DownloadMP3FLAC.com