PRoMete
PRoMete
PRoMete
PRoMete
PRoMete & Lalə Məmmədova
PRoMete
PRoMete & Farid Dadashov
PRoMete
PRoMete
PRoMete & GN.
PRoMete & AYKA
PRoMete &
PRoMete
PRoMete & L-Mir
PRoMete & Jamila (Rapper)
PRoMete & Anar Nağılbaz
PRoMete &
PRoMete & Anar Nağılbaz
PRoMete & DJ MEHRAJ
PRoMete & ABD Malik (Dəyirman)
PRoMete
[Skit: Lalə Məmmədova]
Səs, uzaqdan gələn səs...
Qəmli bir nalə gələr, yetişər
[Bənd 1: PRoMete]
Əgər bir gün itirsən gücünü
Ya da heç nəyə qalmasa dözümün
Düşünmə ki, hər şey itirilib
Möhkəm-möhkəm sən yum gözünü
Özünü ən sevilən adam hesab elə!
Bax gör, onda problemlər necə çözülür?!
Hər birimizin ipi tez-tez üzülür
Gərək biz yaddan çıxarmayaq düzünü
Ki, bizim həyatımızda var birlər
Hansı ki, heç vaxt itirilmirlər
Bu qədər qarma-qarışıqlığın içində
Onlar tərpədilməz və silinməzdirlər
Əvəzedilməz şeylər hələ də var
Bizi dayandırmağa çalışanlar
Biz sevə-sevə edirik yola davam!
O var! Və bizi aparır qabağa!
[Nəqərat: Lalə Məmmədova]
O istəkdir, o arzudur
Həyat eşqi ilə, hər an doludur
Min-min insan, nalə-üsyan
De, nəsən sən, anlamazsan?
O istəkdir, o arzudur
Həyat eşqi ilə, hər an doludur
Min-min insan, nalə-üsyan
Anlamazsan bu dərdi, möhnəti
Sənə heç yoxdur güman
[Bənd 2: PRoMete]
Əsas – ürəyin səsini eşitməkdir
Qalan hər şey zamanla düzəlir
Vaxtında işlətdiyin xoş söz
Əvəz edəcək yardımçı yüz əli
Əməyi itirmək – insan xisləti
Pisi tez görmək – hər kəsin adəti
İstək isə yox edə bilir pis hər şeyi
Əslində hər şey çox sadədir
Bax, nə edir, bax, sevgi nə edir
Bax, indi kimsən, bax, əvvəl nə idin
Hər saniyənin öz hökmü var və
Bil, səni dəyişə bilən yalnız sevgidir
Aç əlini iki yana, çək havanı sinənə
Qaçırma bu anı, olmayacaq bir də
Amma bil ki, onu görmək istəsən sən
Rastına çıxacaq o hər yerdə
[Nəqərat: Lalə Məmmədova]
O ümiddir, o gümandır
Onsuz olmaq nə yamandır!
Həyat heç vaxt olmur asan
De, nəsən sən, anlamazsan?
O ümiddir, o gümandır
Onsuz olmaq nə yamandır!
Həyat heç vaxt olmur asan
Anlamazsan bu dərdi, möhnəti
Sənə heç yoxdur güman
Səs was written by PRoMete.
Səs was produced by PicMus Production.