PRoMete
PRoMete
PRoMete
PRoMete
PRoMete & Lalə Məmmədova
PRoMete
PRoMete & Farid Dadashov
PRoMete
PRoMete
PRoMete & GN.
PRoMete & AYKA
PRoMete &
PRoMete
PRoMete & L-Mir
PRoMete & Jamila (Rapper)
PRoMete & Anar Nağılbaz
PRoMete &
PRoMete & Anar Nağılbaz
PRoMete & DJ MEHRAJ
PRoMete & ABD Malik (Dəyirman)
PRoMete
[Bənd 1] [Aynişan]
Gözümü yumanda da
Sən varsan qaranlıqda
Lap qarda, dumanda da
Sən məni yaşadan tək səbəbsən
Dişimi sıxanda da
Hər damın kənarında
Bircə addım qalanda
Uça bilmirəm mən bu səbəbdən
[Nəqərat] [Aynişan, PRoMete]
Sən hər yerdə - hər addımda
Sən hər yerdə - yanında
Sən hər yerdə - səninləyəm
Sən hər yerdə - ömürlük
Sən hər yerdə - hər addımda
Sən hər yerdə - yanında
Sən hər yerdə - səninləyəm
Sən hər yerdə - ömürlük
[Bənd 2] [Aynişan]
Şaxtada və istidə
Kölgədə və güzgüdə
Doğmada və özgədə
Hər yerdə görünürsən gözümə
Düşünmək, sıxılmaq
Səssizlikdə boğulmaq
Sənsizlikdə yox olmaq
Qayıda bilmirəm mən özümə
[Bənd 3] [PRoMete]
Həyat sınaqdır, gülüm, biz isə sınanılanlar
Görüşmək, birləşmək üçün yaradılanlar
Bütün bunları hər dəfə yada salanda
Hər şey elə bil rəngini dəyişir bir anda
Bilirsən, mənim yuxularım uşaqlıqdan rəngli idi
Amma oyananda bu rəngləri tapa bilmirdim
Məktəb vaxtı hamı tuturdu xatirə dəftərləri
Mən isə keçmişə baxmağı heç sevmirdim
Elə bil, kimsə pıçıldayırdı - qabağa diqqətlə bax
Hansısa zamanda qarşına kimsə çıxacaq
Mənim üçün həyat ona görə sənə gedən yol idi
Gedirdim, gedirdim, sən isə yox idin...
Yıxılmağa öyrəşirdim heç kim sığallamırdı
Məni sərt yetişdirmək həyatın cığallığı idi
Heyif, bəzi şeylər tamamilə əlimizdə deyil
Məndən olsa, mən hələ də uşaq idim
Amma bu günə də şükür, hər şeydə hikmət var
Bir gün sənə rastladım və anladım cənnət var
Bu cənnətdə üzümüzə açıqdır qapılar
Qapalı olsa da, onu bizim üçün açan tapılar
Bu olanlar hər şey səbəbsiz deyilmiş
Bütün yollar aparırmış bir nöqtəyə
İndi əllərin isti ovuclarımda
Qulaqlarım isə öyrəşib səndən eşitməyə
[Nəqərat] [Aynişan, PRoMete]
Sən hər yerdə - hər addımda
Sən hər yerdə - yanında
Sən hər yerdə - səninləyəm
Sən hər yerdə - ömürlük
Sən hər yerdə - hər addımda
Sən hər yerdə, yanında
Sən hər yerdə - səninləyəm
Sən hər yerdə - ömürlük
Sən hər yerdə - hər addımda
Sən hər yerdə - yanında
Sən hər yerdə - səninləyəm
Sən hər yerdə - ömürlük
Sən hər yerdə - hər addımda
Sən hər yerdə - yanında
Sən hər yerdə - səninləyəm
Sən hər yerdə - ömürlük
Hər Yerdə was written by PRoMete.
Hər Yerdə was produced by PicMus Production.