[Bənd 1]
Yalanın gerçəyi aşar
Yaşamın keyfiyyəti aşağı
Dolubdur səbrimin bardağı
Bir damla bəs edər yerindən daşa
Ağrılar içimdə yerin edib
Arada ağılımız gəlib-gedir
Yazılan reseptlər cibimdən bahalı
Daha çox həkimə xeyir verir
Ağlayan üzünü güldürüm necə ki
Ürəkdə fırtına küləkdir elə
Sabahım qaranlıq, gündüzüm gecə
Bilmirəm həyatımı düzəldim necə?
Düşəndə qaranlıq yerə
Görünür əsl üzün
Kin düşmənin
Vicdanın düşmənə əsir düşüb
[Nəqərat]
Bir az yorğunam mən
Bir az yorğun
Bir az solğunam, həm
Bir az dolğun
Bir az yorğunam mən
Bir az yorğun
Bir az solğunam, həm
Bir az dolğun
[Bənd 2]
Yığılıb problemlər
Qazanmam zərərdən çox
Əkdiyim bar verməz
Dünyamız cəhənnəm olub
Sağlığım önəmli deyil
Düzülüb canımız, hədəfdir tirdə
Alıram onu mən pulu verib
Satılır rəfində zəhər litrlə
Yaşama usandırıb
Gözümün önündə canın alıbdır
Olmayan uşaqlığım, bir də
Sevdam dünənindən yarım qalıbdır
Addımlarımız düz ya da səhvdir
Keçmiş səhvləri illərə yazırıq
Dedilər yolumuz səhvdir
O düz gedən elə izlərə azırıq
[Nəqərat]
Bir az yorğunam mən
Bir az yorğun
Bir az solğunam, həm
Bir az dolğun
Bir az yorğunam mən
Bir az yorğun
Bir az solğunam, həm
Bir az dolğun
Yorğun was written by Musta [AZ].
Musta [AZ] released Yorğun on Mon Jun 29 2020.