[Nəqərat]
Hər şey ola bilər, ola bilər
Hər an ola bilər, ola bilər
Birdən ola bilər, ola bilər
Denən ola bilər, ola bilər
Hər şey ola bilər, ola bilər
Hər an ola bilər, ola bilər
Birdən ola bilər, ola bilər
Denən ola bilər, ola bilər
[Bənd 1]
Saxta! üzdə gülüşlər
Saxla! içində bir yer
Baxma! taparsan onda...
Tapma!
İçində yaraları saxla
Əslində yollar çox var
Seçim et! düşünmək olmaz, olmaz
Boş ürək bu səmtdə doğmaz
Olmaz, denən ki, sənsiz olmam
Sən, mən biz, siz olmaz
Sən də mənsiz olma
Sənlər mənsiz
Solar, solar, güllərimiz bir də solar
İsti qəlbin donar, hisslər dərdin olar
İstər dərdin dollar, istəyə gətirdi yollar
Onlar bizə gəl sən deyəndə, qollar açılır bağlıdır yollar
[Keçid]
Mən sanki yaşıl rəngəm, çəkir məni gözlərin
Qırmızı, yaşıl necə ikimizi göstərir
Açılıb üzlər, amma içinizi göstərin
Bu hallı baxışlar da içinizi göstərir
[Bənd 2]
Görürəm ən doğruları mən
Doğrunu doğrudan oğruladım
Doğrudan da bunu doğru deyirlər
Doğrunun uğuru doğrudadır
Məni göylərə uğurladın
Və göylərə çatdım uğur adım
Addım-addım mənim atdığım addımı
Silib həyatımdakı doğrularım
Ki, səndən bezərəm sandım
Və sən bunu düzələr sandın. Bax
Ona görə mən səhv biri deyiləm, ki
Hər şeyi düz edər tanrı
Zaman satıb hər bir saatını
Nədənsə, günah insana atılır
Ruhumuz axı şeytana deyil də
İnsanı qırdıran insana satılır
[Nəqərat]
Ola bilər, ola bilər
Bu gün ola bilər, ola bilər
Sabah ola bilər, ola bilər
Hər an ola bilər, ola bilər
İndi ola bilər, ola bilər
Bu gün ola bilər, ola bilər
Sabah ola bilər, ola bilər
Hər an ola bilər, ola bilər
Ola Bilər was written by Musta [AZ].
Musta [AZ] released Ola Bilər on Wed Sep 09 2020.