[Bənd 1]
Salam, qaqaş, de görüm necəsən, hə?
Bizdən xəbərin yox, xəbərsizdir küçə səndən
Buralar dağınıq “ghetto”, bura deyil mərkəz kimi
Sənə bir ismarıc atsaq, o dəqiqə mərkəz bilir
Gəzəndə bahalı maşın, yanında yekəpərlər
Yatanda təkmi yatırsan, gəlirmi gecə pərilər?
Məktəbdə də müəllimlər sənə yazmıyıb qayıblarını
Rahat ol, diplomlu fəhlə tikib saraylarını
Yanında yaxınların, uzaqların, qohumların
Əynində bahalı geyim, bahalı saat qolundadır
Amma mən tikanlı yollarda da heç yorulmadım
Ayağımdakı ayaqqabını da dünən “mall”dan oğurladım
Sənə bunu yazdım deyə işə qarışar PPX (ha)
Vay, işə bax, məndə imiş “marixuana”
Yaşadığın həyatı heç görməmişik yuxuda
Siz oliqarx, biz xuliqan!
[Nəqərat]
Biz xuliqan! Həri, biz xuliqan! (Biz xuliqan)
Aha, biz xuliqan! (Biz xuliqan)
Biz xuliqan, həri, biz xuliqan!
Biz xuliqan! (Biz xuliqan)
Həri, biz xuliqan! (Biz xuliqan)
Aha, biz xuliqan! (Biz xuliqan)
Biz xuliqan, həri, biz xuliqan!
[Bənd 2]
Daha-daha necəsən dost? - de - Başqa nə var, nə yox?
Məni də ki, soruşma, boş ver, mənəm də, həmənki o
Gedirəm həmənki yol və hələ də rep zad deyirəm
Sənə çox hörmət edirlər, mənə çox "respect" deyirlər
Olmayıb puldan azmağım, axı var puldan azlığım
Həyatda pul deyil hər şey, həyat, amma puldan asılıdır
Deyirsən - "Niyə təksən, yanında bəs dostun hanı?"
Baxaq da ciblərimə ki, nə qədər dostum qalıb
Mən elə bil icbari, çıxmadım hələ sərhəddən
Sən isə xarici gəz, tətilə get hər həftə
Sənindir göy Xəzər, Bakı, sənindir yarımada da
Görəsən, necə olur həyat uzaqda bir adada?
Bir az var həyəcan məndə, uçacam qanad mənim
İnan ki, bunu yazanda əlim əsirdi adrenalindən
Mən necə tərləmişəm, nəysə
Hələlik, dost, gözləyəcəm, gəl həmişə!
[Nəqərat]
Biz xuliqan! Həri, biz xuliqan! (Biz xuliqan)
Aha, biz xuliqan! (Biz xuliqan)
Biz xuliqan, həri, biz xuliqan!
Biz xuliqan! (Biz xuliqan)
Həri, biz xuliqan! (Biz xuliqan)
Aha, biz xuliqan! (Biz xuliqan)
Biz xuliqan, həri, biz xuliqan!