Onlar by Aslixan
Onlar by Aslixan

Onlar

Aslixan * Track #1 On Brend

Onlar Lyrics

[Bənd]
Buralar belədir, dost
Bax gör, nə deyir “boss”
Qaldır buna da tost
Ala götür, aha bunu da yoz

Belə gen bolam
Bir albomum var, brend olan
Daha danışmalıdır “ghetto”lar
Axı nə qədər boş şey trend olar?

Özəl deyim, bil
Gözəl olmur şeir qəzəl kimi
Boğacaq bir gün Xəzər bizi ki
Düşmənimi mənə tərif edən var Xəzər TV-im

Buna da dözərik biz
Amma belə deyildi o əzəlimiz
Kəsir əlimizi öz əlimiz
Axı ərəbə qaçır o gözəlimiz

Xəbər, maqazinlər
Biz sevirik Damlanı daha zildən
Çox istədik yeni dəb gətirək
Amma düşmədi moddan makasinlər

Yox, bunlar dəyişiblər
Çəkib bir kənara təpişirlər
Nə qədər “şpaqat” getsə də, bir bax
Vandam çatmır Mətişimə

İlişmə ona, bax əri “qayı”...
Neynirsən, ala, Əli dayı?
Görmürsən efirə necə çıxıb
O geyimiylə deyir - “məni qayır”

Sevil-Sevincin hiti bir az var
Olsun o da Nicki Minaj
Tutdurmadıq heç Maral kimi
Gedirik belə biz hara kimi?

Elza, səni deyirlər ki, var mənalı şeirlərin
Ona görə bozbaş yeyilər
Burda kişi kimi danışır geylər

Hüseyn, Abbas – “papa”, oğul
Qalib həmişə Murad olub
Nə badə maşını ötürərsiniz ha!
Gedəndə vicdan götürərsiniz

Təpəni dağ elədiniz
Sağ olun, bizləri var elədiniz
Pulsuz gəldiniz “Barrel”ə siz
Amma minnətləri də ağ elədiniz...

[Nəqərat]
Bu MiA kamikaze!
Bu MiA kamikaze!
Bu MiA kamikaze!
Bu MiA kamikaze!

De - biz ağ zəncilər
De - biz ağ zəncilər
De - biz ağ zəncilər
Lənətə gəlmiş ağ zəncilər!

De - biz ağ zəncilər
De - biz ağ zəncilər
De - biz ağ zəncilər
Lənətə gəlmiş ağ zəncilər!

Onlar Q&A

When did Aslixan release Onlar?

Aslixan released Onlar on Sun Mar 03 2019.

Your Gateway to High-Quality MP3, FLAC and Lyrics
DownloadMP3FLAC.com