Vətən Xaini by Okaber
Vətən Xaini by Okaber

Vətən Xaini

Okaber * Track #5 On Evtanaziya

Vətən Xaini Lyrics

[Bənd 1]
İnsanlar məni yaxşı tanıyır, bilib mənə inanırdılar
Üzdən sığınacaq tapıb içdən talanırdılar
Hər dəfə efirə çıxanda ən gözəl maska taxırdım
Millət acından qan qusanda mən milyonlar yığırdım
Mən çıxırdım bərəkət üstündən, əzirdim, basırdım
Kiminsə xəbəri yox, mən günahsızları asırdım
Yazırdım yuxarılara ki, qonşum millətçi şairdir
Dilini kəsin, qələmini qırın, o, buna layiqdir
O yazır həqiqətləri, mən isə gizlədirəm
O sevir azadlığı, mən isə istəmirəm
Mən satıram qadınları, orqanları, torpaqları
Ətrafıma yığıram yaltaqları, qorxaqları
Yazmışdı son məktubunda vətən xaini

[Bənd 2]
İnsanlar məni yaxşı tanıyır, bilib mənə inanırdılar
Əslində alçaq biri idim, məni dahi sanırdılar
Mən qatdım haramı halala ki, heç nə günah sayılmır
Siğədən nə qədər uşaq öz atasını tanımır
Silah alveri, sektalar və bir sıra məsələlərdir
Ən yaxşı narkotik İslam ölkəsindən gələrdi
Fəlakətlər, faciələr, kütləvi qırğınlar
Bir tikə çörək tapmayıb evə qayıdan yorğunlar
İnsanlar boğulur kədərində, batır qəhərində
Mənə təsir etmirdi fəryad çadır şəhərində
Əllərim qana batıb, qatı cinayətkar, cani
İntihardan qabaq yazmışdı son məktubunda vətən xaini

Vətən Xaini Q&A

Who wrote Vətən Xaini's ?

Vətən Xaini was written by MWlooD & Rasim Müzəffərli & Okaber.

When did Okaber release Vətən Xaini?

Okaber released Vətən Xaini on Tue Jan 09 2024.

Your Gateway to High-Quality MP3, FLAC and Lyrics
DownloadMP3FLAC.com