Okaber
Okaber
Okaber
Okaber
Okaber
Okaber & RG
Okaber
Okaber
Okaber
Okaber & RG
Okaber
Okaber
Okaber
Okaber & Ali Khayyam
[Bənd 1]
Günahkar gözlərin var, səsin gəlir çox həzin
Bu melodiyalarda zərif düşüncə gəzir, məni işgəncə əzir
Ümidlər sona çatmaqdan, arzular gözləməkdən
Məncə, bezir
Nə sənin kaprizin, nə intihar cəhdlərin
Heç nə qalmadı, yenə mənim indi var səhvlərim
Zaman pozar vədləri, qalar məzar yerləri
Yazar bəndləri
Yenə qəlbim səni soruşar yağışa
Xəstə ruhum danışa-danışa səni soruşar
Bir az gülər, ağlayar, yenə barışar
Ürəyim yanar, alışar...
[Bənd 2]
Günahkar gözlərin var, bu məndəki paranoya
Mənə lazım deyildi şan-şöhrət, eyforiya
Həzin ‘’Ave Maria’’
Mən dəlixana divarlarından bağırardım
Səni çağırardım, sən isə ağlayardın bərkdən
Lap ürəkdən gələn sözlər kimi
Qəlbimdə yaşatdı, əlimdən qopardı səni
Ən bədbəxt günlər tapardı səni, atardı səni
Gözlərin sən yalan danışanda satardı səni
[Bənd 3]
Günahkar gözlərin var, məni yaşadan gözlərin
Mənim kobudluğum və sənin yaşaran gözlərin
Yadımda yenə soyuq noyabr, yağışlar
Bağışla, əzizim, nifrətimə görə bağışla
Bizi ayırır sətirlər, qatarlar ayırır
Dəli olmuş şairlərin dövrü bitmiş sayılır
Axtarma, bizə rekviyem həsr olundu
Onun yazdığı dramalarda bizdən bəhs olundu
Sevgi məhz onundur, onun adı ayrılıq
Biz isə hər zaman xatirələrə qayıdırıq
Və hər şərait yaradırıq ki, sadəcə unudaq
Və sonunda...
Unuduruq... (Unuduruq...)