[Bənd 1]
Kaş əməllərimiz silinərdi
Kaş kim olduğumuz bilinərdi
Kaş daxilimiz üzdə görünərdi
Kaş zaman donardı, dayanardı
Nə dünən, nə sabah bizimçün deyil önəmli
Bu zülmət paxıl, bu qismət ağır
Şüşədən axır tər soyuq, hər nağıl qəmli
[Nəqərat]
Yalnız bu gecə son gecədir
Saxla yadda əbədi
Bu nə sonsuz gecədir?
Bizdən heç kimin yox xəbəri
Bu gecə son gecədir
Bu gecə bu gecə də sevmir səhəri
Yalnız bu gecə son gecədir
Saxla yadda əbədi
Bu nə sonsuz gecədir?
Bizdən heç kimin yox xəbəri
Bu gecə son gecədir
Bu gecə bu gecə də sevmir səhəri
[Bənd 2]
Eşq aləmində bütün yollar, istiqamətlər açıq
Bu gecə bir nağıl kimi şirin və tər kimi
Bədənimə ehtirasdan damıb bir neçə damcı
Bu gecə son gecədir
(Zamanın durmağı ola bilər tək qazancı)
[Nəqərat]
Yalnız bu gecə son gecədir
Saxla yadda əbədi
Bu nə sonsuz gecədir?
Bizdən heç kimin yox xəbəri
Bu gecə son gecədir
Bu gecə bu gecə də sevmir səhəri
Yalnız bu gecə son gecədir
Saxla yadda əbədi
Bu nə sonsuz gecədir?
Bizdən heç kimin yox xəbəri
Bu gecə son gecədir
Bu gecə bu gecə də sevmir səhəri
Son Gecə was written by Miri Yusif & Emin Kərimi.
Miri Yusif released Son Gecə on Wed Jun 01 2011.