[Bənd 1]
Mən özümü axtarıram
Tapa bilsəm, soruşacam
Niyə belə qarışıqdır bu işlər?
Yorub məni
Bu çıxışlar, bu enişlər
Yorub məni
Oyandırır
Əlimi yandıran papiros
Yuxusu yarım qalanlar
Deyirlər
Başa düşmür gecə məni
Küsmüş uşaq kimi deyinirəm
Davam edən “sad melody”
Yorub məni
[Nəqərat]
Axtarıram, itirmişəm
Özümü axtarıram
[Bənd 2]
Dəyişdirib
Yerlərini əşyaların evimdə
İndi günəş
Başqa kölgələr yaradır gözlərimdə
Dolan yaşların içində boğuluram
Yorulmuşam
[Nəqərat]
Axtarıram, itirmişəm
Özümü axtarıram
Özümü axtarıram
Özümü axtarıram
Axtarıram was written by Azər Cırtdan.
Miri Yusif released Axtarıram on Wed Jun 01 2011.