Simulyativ Oyun (3/3) by Ali Khayyam
Simulyativ Oyun (3/3) by Ali Khayyam

Simulyativ Oyun (3/3)

Ali Khayyam * Track #3 On Simulativ Oyun

Download "Simulyativ Oyun (3/3)"

Simulyativ Oyun (3/3) by Ali Khayyam

Release Date
Sat Feb 05 2022
Performed by
Ali Khayyam
About

Ey Həqiqət! Bu gecə də yorğun bədənimə toxunub şəfa verməyin arzusu ilə səhərə qovuşur. Əgər yorulsan mənə olan yollarda, noolar, dayanma. Gözlətmə yorğun ürəyimi, çarəsiz bədənimi. Ey mənim gecikən yuxum, mənim açılmayan səhərim, titrəyən əllərim. Ey mənim gecikdiyim xoşbəxtliyim, isti yatağım, bir...

Read more ⇣

Simulyativ Oyun (3/3) Annotated

Elə yorğunam,
Ürəyim daş olmuşdu,
İndi mən dağ olmuşam
Həyatda mənə qalan,
Cəmi iki ağaç,
Nə xeyri?
Mən yenə çöl olmuşam
Bu nə qaranlıqdı belə?!
Bu nə uzun gecədir?!
Yaşamağa bir səhərim də yox
İlham da küsüb gedib məndən,
Gəlmir daha,
Yazıb, oxuyub, ağlamağa bir şeirim də yox
Kaş inanardım yenə,
İndi namazıma qibləm də yox
Bu nə boşluğdur?!
Bu nə göy üzüdür?!
Bu nə hüzndür?!
İlahi!
İnanmağa bir Allahım da yox

Yıxılıb ölərəm elə burda
Elə burda soyunaram bədənimi,
Gəl gör ki,
Ölüb girməyə bir məzarım da yox
Küçələrim yenə boş
Küçələrimdə yanımda, Anarım yox
Ən dərin üsyanlarımda, Orxanım yox
Dərinlikdə qalmışam, səssiz və tənha
Elxanım yox
Çöl olsam,
Üstümə bir damcı su tökməyə, Röyalım yox

Boylanıb baxa bilmirəm içimə, qorxuram
İlahi!
Bu nə bəladır?!
Bu nə haldır belə?!
Tükənmişəm qələm kimi
Yazılıb, dolmuş kağız kimi
Gedilmiş yol kimi
İnanmaq kimi
Göydəkilər kimi
"O"nun kimi
Hə, "o"nun kimi!
Bəlkə də, bu hal onun ahıdır!
Tükənmişlik ölməyin ikinci adıdır!
Dost tapan yaşım keçib mənim
Fikir vermə başım qaçıb məni
Qaçıb, adını da bilmədiyim yerlərə
Gəlmir daha,
Görsən de ki:
Tək ürəklə yaşamaq olmur daha.
Bu şeir, bu qədəh, bu içki, bu siqaret
Və bir də, sarışan hallar nevrozu
Yenə atıram addımlarımı,
Ancaq ağ səkilərə
Yenə, yenə, yenə
Saata baxıram, dört dəfə.
Hara getsəm, dəyişmir sanki otağım
Sıxışıb qalıram, bu çirkli içki burulğanında
Hamıda qan axsa, mənim çaxır axır qanımda.
Bir də, gərək Səması ola yanında
Uzaqlarda anası, atası
Bir də, bir də, bir balaca, lap az, belə çox az ha, xeyir-duası
Ya da, gərək boş verəsən buraları

Məsələn Bakını, məsələn İçərişəhəri, məsələn parkları.
Hə, gərək boş verəsən, itir bu zəhərə qalmış xatirələri
Gərək tüpürəsən bütün uşaqlıq yaddaşlarına
Çıxıb gedəsən, rədd olub gedəsən bir yolluq
Hey Allah düzünü de,
Biz də "Simulyativ Oyunuq"?
Dad gəlir, bu dünyadan gəlir axmaqlıq dadı
Bilirəm, bu saxtalığın başqa nə adı?!
Bilirəm, bilirəm hardansa baxıb gülürsən
Sən, sən, mən bilirəm bu sənsən
Amma mən yenə kefsizəm, yenə halsız
Yenə yarıda saxladılmış şeir
Yenə cəmi iki saat yatıb gözlərim
İşdir, yenə qalıb eləsən bu zibil gecələrin elində,
Bilim ki, bir-iki adama xatirə qaldı sözlərim.

Simulyativ Oyun (3/3) Q&A

When did Ali Khayyam release Simulyativ Oyun (3/3)?

Ali Khayyam released Simulyativ Oyun (3/3) on Sat Feb 05 2022.

Your Gateway to High-Quality MP3, FLAC and Lyrics
DownloadMP3FLAC.com