Qarışıb gözlərimə ağaclar
Kaş elə ağac olardılar adamlar
Özləri gedərdi, qalaydı kölgələri
Gülə dönəydi süd iyli körpələri
Yol da olmaz, olmasa addımlar
Ağaca çevrilə, bar verə adamlar
Günəşə toxuna bilsə, solardı budaqları
Bağrına bassa, yanıb tökülər qucaqları
Səs də olmaz, olmasa qulaqlar
Ağaca çevrilə, çat verə adamlar
Özü ilə gəzdirərdi hara getsə kökünü
Çəkərdi canına budaqları, bürkünü
Ev də olmaz, olmasa divarlar
Ağaca çevrilə, özü ev ola adamlar
Ağac olsa, özünü kəsərmi adamlar?
Çox güman! Sapı özündən baltalar
Ağac olsa dülgər olardı peyğəmbərlər
Mən özümü oyub sənə etdim xəbər
Ki, hazıram, Allah, hardadır dərgah?
Şeir və mən, sanki Alim və segah
Mən və Allah, sanki məcburi nigah
Daşla məni, cibimdə daşıyıram etiqad
-larım uşaqlıq xatirəm, mən mürşidəm
Qiyamətin də var bir qiyməti, qurbanı-zəkatı
Qonşusu ac olanlar Məkkədə şeytana daş atır
Bəşərin də varlığı mənasız
Elə belə zaman girdabında baş qatır
Ağaclar və Adamlar (1/3) was written by Ali Khayyam.
Ali Khayyam released Ağaclar və Adamlar (1/3) on Sat Sep 25 2021.