[Bənd 1]
Səs...
Uzaqdan gələn səs
Qəmli bir nalə
Gələr, yetişər
Səs...
Mənə doğma bu səs
Gerçəkdən xəyala
Qopar, bitişər
[Nəqərat]
O istəkdir, o arzudur
Həyat eşqiylə hər an doludur
Min-min insan, nalə, üsyan
De, nəsən, sən anlamazsan
O istəkdir, o arzudur
Həyat eşqiylə hər an doludur
Min-min insan, nalə, üsyan
Anlamazsan bu dərdi, möhnəti
Sənə heç yoxdur güman
[Bənd 2]
Sənədir bir insan
Ümidtək yaradan
Qəlbim – deyər
Bax dünyaya, oyan sən
Döyünən ürəklər
Hər zaman deyəcək
[Nəqərat]
O ümiddir, o gümandır
Onsuz olmaq nə yamandır
Həyat heç vaxt olmur asan
Beləsən sən, anlamazsan
O ümiddir, o gümandır
Onsuz olmaq nə yamandır
Həyat heç vaxt olmur asan
Anlamazsan bu dərdi, möhnəti
Sənə heç yoxdur güman
Səs was written by Aydın Əhmədzadə & Vüqar Camalzadə.