[Bənd 1]
Yenə də ayrılıq, yenə də qəm-qüssə
Gəlib düşür payıma
Sən çıxıb gedirsən
Sənli günlərim tez-tez düşür yadıma
Dayansana bir anlıq, mənasız həyatdan
Səni mən xilas edərəm
Kəsilər ümidim, kəsilər sevincim
Qəlbimi viran edərəm
Dayansana bir anlıq, mənasız həyatdan
Səni mən xilas edərəm
Kəsilər ümidim, kəsilər sevincim
Üz döndərib gedərəm
Üz döndərib gedərəm
[Bənd 2]
Mən dost-aşnaya, səni soranlara
Bilmirəm indi nə deyim
Günahım da varsa, olub keçənlərə
Dözməz artıq ürəyim
Gedirsənsə, onda özünlə məni apar
Birgə küsək, barışaq
Unudaq kədəri, acı dəqiqələri
Keçmişə dönək, qayıdaq
Gedirsənsə, onda özünlə məni apar
Birgə küsək, barışaq
Unudaq kədəri, acı dəqiqələri
Keçmişə dönək, qayıdaq
[Nəqərat]
Güllər ətrini, təravətini əvəz eləmir
Əvəz eləmir bülbür cəhcəhi
Sənin səsini, xoş nəfəsini
Qanadı sınmış bir quşam indi
Çırpınıram mən
Sevginlə dolu bir baxışınla
Məlhəm ol mənə, sınıq qəlbimə
[Bənd 3]
Yenə də ayrılıq, yenə də qəm-qüssə
Gəlib düşür payıma
Sən çıxıb gedirsən
Sənli günlərim tez-tez düşür yadıma
Dayansana bir anlıq, mənasız həyatdan
Səni mən xilas edərəm
Kəsilər ümidim, kəsilər sevincim
Qəlbimi viran edərəm
Dayansana bir anlıq, mənasız həyatdan
Səni mən xilas edərəm
Kəsilər ümidim, kəsilər sevincim
Üz döndərib gedərəm
Üz döndərib (gedərəm)
Üz döndərib (gedərəm)
Üz döndərib gedərəm, gedərəm
(Gedərəm) Üz döndərib gedərəm
(Gedərəm) Üz döndərib gedərəm
Gedərəm was written by Vüqar Camalzadə.