[Bənd 1]
Hər kəs kimi mənim də öz
İstəklərim var içimdə
Ağ kətanda ağ şəkillər
Çərçivələr var evimdə
Mənim üçün adi gələn
Hər hansısa bir günümdə
Sənin, sənin
Sənin sevgilin olum
Sənin, sənin
Sənin sevgilin olum
[Nəqərat]
Səhər tezdən oyananda
Ayılmağa tələsəndə
Soyuq payız sabahında
Xəzri küləklər əsəndə
Sirlərini gizlədəndə
Həyatdan ümidin kəsəndə
Sənin, sənin
Sənin sevgilin olum
Sənin, sənin
Sənin sevgilin olum
[Bənd 2]
Ürəyini məndən başqa
Heç kim sənlə bölüşməsin
Ətrin hopsun üzərimə
İllər keçsə, dəyişməsin
Əllərinlə dodaqların
Xəlvətdə görüşməsin
Sənin, sənin
Sənin sevgilin olum
Sənin, sənin
Sənin sevgilin olum
[Nəqərat]
Səhər tezdən oyananda
Ayılmağa tələsəndə
Soyuq payız sabahında
Xəzri küləklər əsəndə
Sirlərini gizlədəndə
Həyatdan ümidin kəsəndə
Sənin, sənin
Sənin sevgilin olum
Sənin, sənin
Sənin sevgilin olum
Sənin, sənin
Sənin sevgilin olum
Sənin, sənin
Sənin sevgilin olum
Sənin Sevgilin was written by Azər Şirin & Hacı Nazim.
Hacı Nazim released Sənin Sevgilin on Sat Aug 06 2016.