1984-cü il 30 iyun Bakı şəhərində doğulub. Ailədə 4 nəfərdirlər. Özündən 3 yaş kiçik qardaşı var (Kamil Şirinov). Subaydır. Anası Ədəbiyyat müəlliməsi, atası inşaat mühəndisidir. 7-ci sinifə kimi 272 saylı orta məktəbdə, ondan sonra 4 il Əli Bayramlı (indiki Şirvan) Özəl Türk Liseyində təhsil alıb. Ali təhsilini isə Azərbaycan Texniki Universitetində tamamlayıb. Ali təhsiliylə paralel olaraq işləməyə başlayıb. Bu sahəyə mətbuatdan başlayıb. Daha sonra isə reklam ssenaristi olub. Böyük şirkətlərlə reklam sahəsində işbirliyi olub. Reklam sahəsinə uşaqlıqdan həvəsi olub və bu da onu bu günkü efirə qədər gətirib çıxarıb. İndi reklam sahəsində bir qədər uzağdır. Son 5 ildir bəstəkar mahnılarına söz yazır. 50-dən çox mahnının söz müəllifidir… 21.11.2005 – 04.03.2011ci illərdə Burc Fm dalğasında “Pozitiv sfera” adlı axşam efirində Dj`aparıcı olub. İlk dəfə tele-aparıcı kimi “Nar Star” musiqi yarışmasında ekranda görünüb. Dahasonra isə Xəzər TV “Rekordlar Kitabı” verlişində aparıcılıq edib. Hal hazırda Azad Azərbaycan Radiosu 106.3 Fm-də “Səhər Efiri” və Azad Azərbaycan TV-də “Bizim Səhər” proqramlarında aparıcılıq edir. Bir müddət müğənni Yaşar Cəlilovla işbirliyi olub. 2 ildi ki ”TEA FAMİLY” (Tərlan Məmmədhüseynov, Elçin Cəfərov, Azər Şirin və Elnur Rdy, Elşən Orucov) ailəsi ilə birgə fəaliyyət göstərir.