Orkhan Zeynalli
Orkhan Zeynalli
Orkhan Zeynalli & Miri Yusif
Orkhan Zeynalli
Orkhan Zeynalli
Orkhan Zeynalli & Tomris
Orkhan Zeynalli & Tomris
Orkhan Zeynalli & Tomris
Orkhan Zeynalli
Orkhan Zeynalli & Mardan Kazimov
Orkhan Zeynalli
Orkhan Zeynalli & Tomris
Orkhan Zeynalli & Tomris
Orkhan Zeynalli
Orkhan Zeynalli
Orkhan Zeynalli
Orkhan Zeynalli
Orkhan Zeynalli
Orkhan Zeynalli
[Bənd 1]
Posttravmatik sindrom, qalıb yaralar hələ
Arzular göydən çağırıb altda yaradar tələ
Nifrətim platonikdir, bıçağım beldən çıxır
Satqın zirvəyə aparır bir neçə yerdən cığır
Antisistem müharibə, tək silah -klaviatura
İtidimi sözdən qılınc, neçə söz baş kəsib de?
AiD - qəliz mətn, gizli abreviatura
Görən sayılırmı kişi edən 13 yaşda siftə?
Beynini idarə eləyə bilməyənlər içib yazır
Adam var düz yol astanasında and içib azır
Piyada mədəniyyəti piyadalardan qabaq ölür
Yeraltı dünyada ölülərçün yeraltı keçid qazır
Özü düşdükcə dəyərdən rəqibini gözdən salır
Əliylə qopartdığı başı yerinə dizlə salır
Atdığı səhv addımları İlahi qismət sayıb
Tanrıyla müzakirə eləyir duada biznes planı
[Nəqərat]
Bağla gözləri, açıqdır ürəyimiz
Özünə güvəndi bizim köməyimiz
Günəşi göstər, varsa dünyada
Yoxdur ədalət bütün dünyada
Bağla gözləri, açıqdır ürəyimiz
Özünə güvəndi bizim köməyimiz
Günəşi göstər, varsa dünyada
Yoxdur ədalət bütün dünyada
[Bənd 2]
Krediti bağlamaq üçün bir neçə illik klinik ölüm
Tükəndikcə qara qızıl başlayır kritik bölüm
Hər şey qonaqçündür dolabda gizli konfet kimi
Xalqı qanə edir oyunlardan ibarət kiçik ömür
Şəbəkə məhv etdir bu gün zamanın faydasın
Sevgidən məsləhət verir kinində boğulan biri
Həyat dərsliyi öyrədir yalanın qaydasın
“90-lar daha yaxşıdır” - deyir 2000-də doğulan biri
Şərəf qatında sıfırlanır atılan hər səhv addım
Həqiqət hədəfi şöhrətə dəyişilib bu günkü mediyada
25 il axtardığım mənasın həyatın
Tapdım gözlərində, tapmadım “wikipediya”da
Günahkar təhsil sistemində baş verən “error”dur
Xalq yüksək cərəyan üstündə ayağı yaş gəzirsə
Qlobal hakimiyyət mənbəyi beyinə yeridilən terrordur
Qatil Allah deyil bəndə təkbirlə baş kəsirsə
[Nəqərat]
Bağla gözləri, açıqdır ürəyimiz
Özünə güvəndi bizim köməyimiz
Günəşi göstər, varsa dünyada
Yoxdur ədalət bütün dünyada
Bağla gözləri, açıqdır ürəyimiz
Özünə güvəndi bizim köməyimiz
Günəşi göstər, varsa dünyada
Yoxdur ədalət bütün dünyada
Bağla gözləri, açıqdır ürəyimiz
Özünə güvəndi bizim köməyimiz
Günəşi göstər, varsa dünyada
Yoxdur ədalət bütün dünyada
Bağla gözləri, açıqdır ürəyimiz
Özünə güvəndi bizim köməyimiz
Günəşi göstər, varsa dünyada
Yoxdur ədalət bütün dünyada
Şəbəkə was written by Orkhan Zeynalli.
Orkhan Zeynalli released Şəbəkə on Mon Dec 01 2014.