Maaş Kartı by Orkhan Zeynalli
Maaş Kartı by Orkhan Zeynalli

Maaş Kartı

Orkhan Zeynalli * Track #18 On 2009-2015 Singles

Maaş Kartı Lyrics

[Bənd 1]
Yüz faiz hit, yoxsa yüz faiz halal?
Bu yeni bir marketinqdir, yaradıb artistlər üzdə olan
Əsas sarayımız olub sirk, Yaşıl Teatr - restoran
Pop olub qırmızı işıqlarla dolu küçə biz dalan

Fəxr ediləsi bişey bizdə olan? Kim orda səs salan?
Birinci kanal qərbi yenə də səhv çıxarır, vəssəlam
Nə qədər evini səhv salan, küçə-bacada açıb ağız
Var əlini itirib əlil qalan, var mənəviyyatı şikəst olan

“Maaşım azdır, müdür, yaxşı dolana bilmirəm” - dedim
Gülümsədi və gözümün içinə baxıb dedi – "pis dolan"
Hah! Dedim müdir gəl sən ol Himalay
Mən də dırmaşaraq üstüvə peşəkar alpinist olam

Bəlkə köçüm Kingston-a? Ora əbədi bir iz salam
Qıza söz atmaq peşə olsa, Bakıda qalmaz bir işsiz adam
Necə belə güldürə bilir axı biri belə pessimist olan?
Bu versü çörəyə çekib verdi sizə nömrə bir vecsiz adam

[Nəqərat]
Hou! Mənim hədəflərim bol
Repim səhnələri yorur
Vərəqlərdə dolu hər sətir
Mənə pul gətirən maaş kartım olur

Mənim hədəflərim bol
Repim səhnələri yorur
Vərəqlərdə dolu hər sətir
Mənə pul gətirən maaş kartım olur

[Bənd 2]
Maaşla millətin ortaq cəhəti var - heç biri qalxmır
Belə də ki, qalxsa belə də guya da ki, nə dəyişər axı? – maaşı deyirəm
Nəyin qiyməti qalxır, qalxsın lap qarşı deyiləm
Əsas odur işığı yandırmayın rahat yatım

Yaxşı ki, bizdə də var Ramil-dən, Mübariz-dən
Yoxsa kimin şəklin qoyub “fan page”lər “like” dilənər?
Qarşı kim, çıxsa polis əmilər onu tutar izdən
Adidas geyinən dilənçi vaxt gələcək Nike dilənər

Kim dursa səssiz, ölüb gedər səhvsiz
Düz nöqtəni tapıb girən qalib şərtsiz
Dolanırıq rəqssiz, ümid yerim tək siz
Düşünün ki, bu sistemə qarşı bu gün təksiz

Kim dursa səssiz, ölüb gedər səhvsiz
Düz nöqtəni tapıb girən qalib şərtsiz
Dolanırıq rəqssiz, ümid yerim tək siz
Düşünün ki, bu sistemə qarşı bu gün təksiz

[Nəqərat]
Hou! Mənim hədəflərim bol
Repim səhnələri yorur
Vərəqlərdə dolu hər sətir
Mənə pul gətirən maaş kartım olur

Mənim hədəflərim bol
Repim səhnələri yorur
Vərəqlərdə dolu hər sətir
Mənə pul gətirən maaş kartım olur

Maaş Kartı Q&A

Who wrote Maaş Kartı's ?

Maaş Kartı was written by Orkhan Zeynalli.

When did Orkhan Zeynalli release Maaş Kartı?

Orkhan Zeynalli released Maaş Kartı on Mon Dec 01 2014.

Your Gateway to High-Quality MP3, FLAC and Lyrics
DownloadMP3FLAC.com