Ruhunla Yaşayıram by Xumar Qədimova
Ruhunla Yaşayıram by Xumar Qədimova

Ruhunla Yaşayıram

Xumar Qədimova * Track #4 On Gecələr

The music player is only available for users with at least 1,000 points.

Ruhunla Yaşayıram Lyrics

[Bənd 1]
Elə bilmə unudulub o günlər
Hər xatirən bir sehrdir, tilsimdir
Mizrabından ayrı düşmüş siməm mən
Köklənmərəm, çalınmaram, ha dindir!

[Nəqərat]
Kaş, görəydim sən yaşayan yeri mən!
Bəxtəvərmiş kölgə kimi sürünən
Elə sənsən gözlərimə görünən
Qulağıma gələn doğma səsindir
Köklənmərəm, çalınmaram, ha dindir!

[Bənd 2]
Ruhundurmu yenə çıxan qarşıma?
Ürəyimdə başlar həzin oxşama
Səma kimi saçlarımı oxşama
Gözlərindən ürəyimə əsimdir

[Nəqərat]
Bəlkə ömrün yox mənası kədərsiz?!
İndi heçəm mən sənsiz, sən mənsiz
Hərdən qəlbin bir kimsədən xəbərsiz
Məni deyib döyünürsə bəsimdir
Məni deyib döyünürsə bəsimdir

Gözlərindən ürəyimə əsimdir
Köklənmərəm, çalınmaram, ha dindir!

Ruhunla Yaşayıram Q&A

Who wrote Ruhunla Yaşayıram's ?

Ruhunla Yaşayıram was written by Xumar Qədimova & Fəxrəddin Ziya.

When did Xumar Qədimova release Ruhunla Yaşayıram?

Xumar Qədimova released Ruhunla Yaşayıram on Fri Mar 08 2013.

Your Gateway to High-Quality MP3, FLAC and Lyrics
DownloadMP3FLAC.com