Məhəbbət Nəğməsi by Xumar Qədimova (Ft. Ülvi Qılınc)
Məhəbbət Nəğməsi by Xumar Qədimova (Ft. Ülvi Qılınc)

Məhəbbət Nəğməsi

Xumar Qədimova * Track #6 On Gecələr

The music player is only available for users with at least 1,000 points.

Məhəbbət Nəğməsi Lyrics

(Bənd 1: Xumar Qədimova)
Nəğmələr söyləyən bir bülbüləm mən
Mənə ilham verən bil ki sənsən, sən
Sənsiz nəğməm bitib lal olmuşam mən
İnləyən, sızlayan kaman kimiyəm

Gəl mənə ruh verən, gülüm, gülzarım
Duy, sənə yetişsin bu ahuzarım
Bizi ayırmasın qoy Uca Tanrım
Dolmuşam, yağacaq bulud kimiyəm
Dolmuşam, yağacaq bulud kimiyəm
İnləyən, sızlayan kaman kimiyəm

[Nəqərat]
Yetirsin nəğməmi sənə küləklər
Sənsiz fəğan edən bülbül kimiyəm
Gəl, qayıt geriyə, gəl mənim yarım
Gəl, suyu qurumuş çaylar kimiyəm

Yetirsin nəğməmi sənə küləklər
Sənsiz fəğan edən bülbül kimiyəm
Gəl, qayıt geriyə, gəl mənim yarım
Mən suyu qurumuş çaylar kimiyəm
Gəl, suyu qurumuş çaylar kimiyəm
Dolmuşam, yağacaq bulud kimiyəm
İnləyən, sızlayan kaman kimiyəm

[Bənd 2: Ülvi Qılınc]
Gülüm, gözlərinin qurbanı ollam
Sənin həsrətinlə sarallam, sollam
Sən getsən dünyada mən yalnız qallam
Nəvazişə möhtac uşaq kimiyəm

Ruhumu oxşayan ətirli gülsən
Sən mənim qəlbimə axan bir nursan
Dodağımda donan segahsan, şursan
Yerində kül qalan ocaq kimiyəm
Yerinə kül qalan...
Yerində kül qalan ocaq kimiyəm
Nəvazişə möhtac uşaq kimiyəm

[Nəqərat: Xumar Qədimova]
Əllərin əlimdə olduğu zaman
Dərd – kədər yox olur, yox olur tamam
Sən mənim yanımda olduğun zaman
Fəzada sayrışan ulduz kimiyəm

[Ülvi Qılınc]
Əllərin əlimdə...
Eşqi badələrə...
Mənimlə yanaşı...
Səmaya ucalan qartal kimiyəm

[Xumar Qədimova]
Əllərin əlimdə olduğu zaman
Dərd – kədər yox olur, yox olur tamam
Sən mənim yanımda olduğun zaman
Fəzada sayrışan ulduz kimiyəm

[Xumar Qədimova – Ülvi Qılınc]
Fəzada parlayan ulduz kimiyəm
Səmaya ucalan qartal kimiyəm
Fəzada parlayan ulduz kimiyəm
Fəzaya ucalan...

Məhəbbət Nəğməsi Q&A

Who wrote Məhəbbət Nəğməsi's ?

Məhəbbət Nəğməsi was written by Məhəbbət İbrahimova.

When did Xumar Qədimova release Məhəbbət Nəğməsi?

Xumar Qədimova released Məhəbbət Nəğməsi on Fri Mar 08 2013.

Your Gateway to High-Quality MP3, FLAC and Lyrics
DownloadMP3FLAC.com