[Bənd 1]
Göy üzü bəyaz, yer üzü bəyaz
Ağaclar haray çəkir
Harada qaldı bu yaz?
Ağarıb çöllər, ağarıb yollar
Çağlayan çaylar susub
Susub qaynar sular
[Keçid]
Baxıram bir anlıq ağaran çöllərə
Fikrimin karvanı çəkir məni aparır
Baxıram bir anlıq ağaran yollara
Qəlbimdə bir ümid doğulur, boy atır
[Nəqərat]
Çevrilib dağlara tuturam üzümü
Yüz ildir həsrət kimi
[Bənd 2]
Hayqırır külək, çırpınır külək
Ayaqlar gücdən düşür
Gücdən düşür ürək
Üz tutub yenə üfüqə sarı
Gedirəm əzə-əzə yoluma düşən qarı
[Keçid]
Və hərdən bir ocaq istisi duyuram
Hərdən də bir nəfəs hərarəti, şəfqəti
İçimdən bir işıq ziyası süzülür
Çıxarır qəlbimdən küdurəti, nifrəti
[Nəqərat]
Çevrilib dağlara tuturam üzümü
Yüz ildir həsrət kimi
[Keçid]
Baxıram bir anlıq ağaran çöllərə
Fikrimin karvanı çəkir məni aparır
Baxıram bir anlıq ağaran yollara
Qəlbimdə bir ümid doğulur, boy atır
[Nəqərat]
Çevrilib dağlara tuturam üzümü
Yüz ildir həsrət kimi
Çevrilib dağlara tuturam üzümü
Yüz ildir həsrət kimi
Baxıram
Qış was written by Vüqar Camalzadə & Aydın Əhmədzadə.