[Bənd 1]
Mənim ürəyimdə verib baş-başa
Dayanıb dağ boyda dağlar sükutda
Biri digərindən xəbərsiz, səssiz
Dərdlərim şam kimi ağlar sükutda
Mənim ürəyimdə verib baş-başa
Dayanıb dağ boyda dağlar sükutda
Biri digərindən xəbərsiz, səssiz
Dərdlərim şam kimi ağlar sükutda
[Nəqərat]
Zaman dara çəkir fikri, xəyalı
Zaman damcı-damcı axır gözümdən
Arzular başıma qaxınc olanı
Özümü sükuta tapşırmışam mən
Zaman dara çəkir fikri, xəyalı
Zaman damcı-damcı axır gözümdən
Arzular başıma qaxınc olanı
Özümü sükuta tapşırmışam mən
[Bənd 2]
Mən dərddən qaçanda, yolda iz qalır
Alov közdən qaçır, közə dərd olur
Dərdimdən qaçanda dərd yalqız qalır
Bu da mənim üçün təzə dərd olur
[Keçid]
Saralıb yox olur min arzu, dilək
Bu dərdi çəkəndə ürəkdir ürək
Düzəndə bürküdən solur gül-çiçək
Çiçəyə dərd olmur, düzə dərd olur
[Nəqərat]
Zaman dara çəkir fikri, xəyalı
Zaman damcı-damcı axır gözümdən
Arzular başıma qaxınc olanı
Özümü sükuta tapşırmışam mən
Zaman dara çəkir fikri, xəyalı
Zaman damcı-damcı axır gözümdən
Arzular başıma qaxınc olanı
Özümü sükuta tapşırmışam mən
Zaman dara çəkir fikri, xəyalı
Zaman damcı-damcı axır gözümdən
Arzular başıma qaxınc olanı
Özümü sükuta tapşırmışam mən
[Çıxış]
Arzular başıma qaxınc olanı
Özümü sükuta tapşırmışam mən
Aman...
Dərddən Qaçanda was written by Aynur Adilqızı & Bəxtiyar Vahabzadə.