Qaraqan
Qaraqan & AYKA
Qaraqan
Qaraqan
Qaraqan & AYKA
Qaraqan
Qaraqan
Qaraqan
Qaraqan
Qaraqan
Qaraqan
Qaraqan
Qaraqan & AYKA
Qaraqan
Qaraqan
Qaraqan
Qaraqan & AYKA
Qaraqan
Qaraqan
Qaraqan & AYKA
Qaraqan & PRoMete & Orkhan Zeynalli
Qaraqan & Orkhan Zeynalli & PRoMete & AYKA
[Verse 1: Qaraqan]
Gəl uçaq Avropanın içinə, harasa, Praqaya
Ya da Paris bizi parfumla qucaqlasın
Yaşaya bilmirdik biz insanların arasında
Orada var Kolizey, Romada gəzək ayaqyalın
Uçurdaq çərpələngləri Hilton otelinin damından
Tullayaq pasportu Venesiyada axan çaylara
Ya uçaq kosmosa, orada olaq kosmik toz
Ya kiçik asteroid, ürək formalı kometa
Sən gizlən Tibetdə, axtarışa çıxım Floridadan
Səni mənə sürpriz elədi həyasız Kaliforniya
Yenə də qayıdardım səni itirdiyim günlərə
Hər dəfə səni görəndə necə keçirdirdim fobiya
Mənim həmişə zəhləm gedib yarımçıq romanlardan
Bəlkə sevgi əbədi, bəlkə ayrılıq insanlardır?
Və böyük xoşbəxtlik üçün lazımdır böyük pullar
Lazım olarsa, gedib bank yararıq Ermənistanda
Təki sən mənlə ol
[Chorus: Ayka]
Səni axtarır mənim gözlərim
Amma qarşımı tutub dənizlər, limanlar
Sən çox uzaq, mən çox uzaq
Sən çox uzaq
Sənin qaranlıq gözlərin
Xəyallarımda, yuxularımda
Axı biz bu qədər fərqli insanlar
Ona görə də sevgimiz belə qəribədir
[Verse 2: Qaraqan]
Sən mənim cavab verməli olduğum ən çətin sualsan
Mən sənin bütün suallarına ən dəhşətli cavab
Əlimdən bərk yapış, heç qorxma, yıxılmazsan
Mənə güvən, çiyinlərimdə çox möhkəm qanad
Biz sanki Bonnie and Clyde, sevgimiz təhlükəli
Ülgüc üstündə tanqo rəqsimiz davam etsin
Dayanmasın orkestr, maestro, bir də başdan
Zəhmət olmasa, por favor, merci, gracias
Sənin qızıl saçlarınla oynayırdı külək
Mən isə qısqanırdım dodaqlarına yağan qara
Və bir gün tutub əlindən, sənə desəm - gəl gedək
Mən yüz faiz bilirəm, soruşmayacaqsan hara
Qaçırdıb evdəkilərdən səni bir gün uzağa
Neapol, ya da Madrid, ya yenə də Kaliforniya
Zümrüd gözlərdən oxudum, sənin içində sevgi
Sən razısan mənimlə getməyə lap daxmaya da
Təki mən sənlə olum
[Chorus: Ayka] (2x)
Səni axtarır mənim gözlərim
Amma qarşımı tutub dənizlər, limanlar
Sən çox uzaq, mən çox uzaq
Sən çox uzaq
Sənin qaranlıq gözlərin
Xəyallarımda, yuxularımda
Axı biz bu qədər fərqli insanlar
Ona görə də sevgimiz belə qəribədir