Qaraqan
Qaraqan & AYKA
Qaraqan
Qaraqan
Qaraqan & AYKA
Qaraqan
Qaraqan
Qaraqan
Qaraqan
Qaraqan
Qaraqan
Qaraqan
Qaraqan & AYKA
Qaraqan
Qaraqan
Qaraqan
Qaraqan & AYKA
Qaraqan
Qaraqan
Qaraqan & AYKA
Qaraqan & PRoMete & Orkhan Zeynalli
Qaraqan & Orkhan Zeynalli & PRoMete & AYKA
[ Verse 1 ]
Uşaqlıq dostları, indi sanki yad planetlər
Günahkar tale idi, biz əlində marianetlər
Sənin sükutun bütün suallarıma cavab idi
Uşaqlıq arzuları yalançı bir qanad idi
İndi karyera, diplom, praktikalar, sessiya
Həyatımız gülüşlərdə dolu zərif aqressiya
Mənim içimdə nifrət və yəqin özümə qarşı
Üzümə ağırlıq verirdi baxışların daşı
Güya tale qardaşı, yəqin ki çıxdıq ögey
Həyat belədir, fikir verməyək, öyrəşək, dözək
Və hər salamda əlimə əsir şimal küləklərin
Gör həyat kimlərə çevirdi bizi, gör biz neylədik
Buraxdığımız səhvlər, çoxu bilərək, qəsdən
Nə qaldı sevgidən, sevincdən, gülüş, həvəsdən?
Sənin gülüşün üçün gərəkdir tüstü dolu qədəhlər
Mənim gülüşüm üçün gərəkdir yəqin ölü mələklər
Ya da dünyanın axırı, bir az gülümsəmək üçün
Çağırmamışam səni pisləmək üçün, deyinmək üçün
Sadəcə yeni maska almışam və geyinmək üçün
Baxıram sənə düzgün, axı sən mənim güzgüm, dost
[ Chorus ]
Dön, bir anlıq bax özünə güzgüdə
Gör necə dəyişdin bu son illərdə
Heç nə qalmadı o təmiz gözlərdən
Qaraldıqca qaraldı
Say, neçə ili keçmişə bağışladın?
Yarpaqlar ağaclardan töküldükcə
Gücün artıb çoxalsa da saçların
Ağardıqca ağardı
[ Verse 2 ]
Günlər keçir, yeni tanışlar və hadisələr
Hər dəfə kimsə gəlir, sonra birdən gedirlər
Və bir gün anlayanda tək olduğunu bu həyatda
Qəfəs açıq olsa da uçmaq olmur tək qanadla
Biz sanki həyat inqubatorunda şəxsiyyətlər
8 saatlıq işlər, bir aylıq məzuniyyətlər
Və dövlət qarşısında borclarımız, məsuliyyətlər
Biz axı belə deyildik? Çəkdiyimiz əziyyətlər
Oxuduğumuz kitablar, deməli, hamısı boşdur
Neyləmək olar? Həyat - sevgi, sevgi - pul, pul - işdir
Beləcə sürünürdük dolanmaq üçün birtəhər
Şəhzadə axtarırdıq, tapdığımız fahişələr
Zaman sürətli qatar, ünvansız, dayanacaqsız
Ürək mühərrikləri, siz də bir gün dayanacaqsınız!
İki dostun sükut söhbətində mimikalar
Yarımçıq jestlər, sanki, qəmli lirikadan
Mən sənə bağışladım uşaqlığının intiharını
Cəmiyyətin çəkici ilə qırdığın xoş arzularını
Bu sənin cizgilərin, izlər altında qarın
Və inan, özümünkü tək hiss edirəm ağrılarını, dost
[ Chorus ]
Dön, bir anlıq bax özünə güzgüdə
Gör necə dəyişdin bu son illərdə
Heç nə qalmadı o təmiz gözlərdən
Qaraldıqca qaraldı
Say, neçə ili keçmişə bağışladın?
Yarpaqlar ağaclardan töküldükcə
Gücün artıb çoxalsa da saçların
Ağardıqca ağardı