Okeansız Pəncərəm by Ali Khayyam
Okeansız Pəncərəm by Ali Khayyam

Okeansız Pəncərəm

Ali Khayyam * Track #3 On Xamuş

Download "Okeansız Pəncərəm"

Okeansız Pəncərəm by Ali Khayyam

Release Date
Wed Sep 05 2012
Performed by
Ali Khayyam

Okeansız Pəncərəm Annotated

Ali Khayyam:

Sən hər yerdə varsan, hə?
Yox, mən palçıqdan yaranmamışam,
Məni ölümdən yaradıb.
Nəfəsimlə səssizliyim arasında heç fərq yoxdu.
Nəfəslərim bağırışlarım qədər səssizdir.
Laldı bütün hayqırtılarım,
Minlərlə cinayətə qurban getmişəm şəhərimdə.
Minlərlə yara izi var bədənimdə.
Belimdə daim bir səmazən rəqs edərkən,
Bir tərəfimdə Zərdüşt qanadlanır.
Gecələr boğuluram ən çox.
Niyə pəncərəmdən heç bir okean görünmür, ana?!
Niyə varam ki?
Hətta qoruya bilmir sənin o səssiz duaların da.
Bu nədir, ana?! Bu nədir?!
Hər səcdəmdə qibləmi unuduram.
İtirilmiş evimiz hardadır, ana?!
Hıçqırığa boyadı gəlib-gedən qadınlar şeirlərimi.
Misralarıma xəyanət etdim mən hər gecə.
Bir gün, bir sevgilinin dərisində şəhvətlə uçarkən,
Tüpürəcək üzümə şeirlərim, misralarım, qaranlıq kitablarım.
Dostların gedişi vurur ən çox,
Dostların susuşları daha dərin yaralar.
Daha çox irin deməkdir ruhumda.
Məni bir böcəkmi etdin?!
Lənət olsun sənə Kafka!

(Bu şəhərin hər küçəsi sənin yolundan keçir, rədd olsun qalan yollar!)

Hansı yoldur məni sənə çatdıracaq olan?
Hansı yolun sonudur xoşbəxtlik?
Hansı bədəndədir son nəfəs?
Hansı ölümdür mənə nuru göstərəcək olan?
Niyə çürüyürəm get-gedə üzərində, Bakı?!
Niyə qanadırsan ciyərlərimi hər küləyinlə əsəndə?!
Darama saçlarımı!
Burax ey burax, Bakı!
Burax cəhənnəm olum başqa şəhərə.
Burax rədd olum gedim!
Burax doyunca ağlayım balaca uşaq kimi.
Çıx get, Bakı, çıx get!
Gedəndə qalstukumu çıxart boynumdan.
Zəhləm gedir pul qazanmaqdan, Bakı!
Zəhləm gedir yaşamaqdan, Bakı!

(Çiyinlərim özümdən böyük bir günah gəzdirir, mənim sonum yoxdur qadın!)

Nə qədər səssiz otaqlarda,
Səssiz ağlamaq olar axı?!
Neçə saat qalıb xoşbəxtliyə?!
Neçə saat qalıb sürüşüb getməyə, şair dostum?!
Daha neçə səhifə artacaq intihar məktubumuz?!
Neçənci səhifədə rədd olub gedirsən?!
Neçənci səhifədə cəhənnəm oluram mən də?!
Qələm tutmaq da bir zibil deyil!
Bilirsən bunu, bilirsən.

(Mənə ovucunda bir az yer saxla.
Bir az vaxt elə,
Çoxdandır dənizlə görüşmürük.)

Donmamaq qışlarda.
Qar yağanda oynaya bilməmək doyunca.
İsinə bilməmək bir qadının ovuclarında.
Bir dostun ümidi ilə yenidən dirilə bilməmək.
Qışqıra bilməmək doyunca.
Sevgililərdə xoşbəxtlik axtarmaq,
Amma əli boş dönmək hər axşam o rütubətli otağa.
Otağımdakı rənglərlə sevişmək hər gecə.
Miniatürlər çəkən bir atanın övladıyam mən.
Bahara az qaldı şair dostum, bahara az qaldı.
Birazdan güllər açacaq, buludlar maviləşəcək.
Birazdan günəş daha da yaxınlaşacaq, şair.
Birazdan heç yağış yağmayacaq.
Görəsən hansı şəhərdə açacaq gün üzümüzə?!
Gedirəm şair, özümdən keçib ona çatıram.
Özümdən gedirəm şair,
Heç olmasa sən gəl!

(Məni ölüm belə gözləmir.)
Heç olmasa sən gəl!
(Məni ölüm belə gözləmir.)
Gəl şair, gəl gedək!

Vüsal Nazimoğlu :

Sən hər yerdə varsan,
Bu şəhərin hər küçəsi sənin yolundan keçir.
Rədd olsun qalan yollar.
Bezdim ölümsüzlükdən,
Çiyinlərim özümdən böyük bir günah gəzdirir,
Mənim sonum yoxdur, qadın,
Sənin bədbəxt sonsuzluğun üçün.
Bu gecə yatağım yeni birinə aid.
Mən başqa bədənlərdən iyrənirəm.
Gəl uzaqlaşaq.
Məni dərman elə, eşqin xəstələnib fəsillərlə.
Bu otaq qorxu otağı olub,
Divarları hər gün bir rəng dəyişir.
Hər axşam aynada fərqli üzlər görürəm,
Pəncərələr ağlayır, susmaq bilmir.
Lap bezdim bu otaqdan!
İnsanların da səsi itib.
Səssiz filmlər kimidir həyat.
Sevdiyim belə qorxudur məni.
Yaman qorxaq olmuşam.
Boynundan gələn tər qoxusu özgələşib,
Ətrini dəyişmisən, tündləşmisən.
Rəqs edir xəyallarım.
Yağış damcısından qaçınaraq,
Bir eşq axtarıram, sığınacaq.
Mənə ovucunda bir az yer saxla,
Bir az vaxt elə.
Çoxdandır dənizlə görüşmürük.
Axşamüstü gedək sahilə,
Ay, ulduz, küləyi də çağırarsan.
Əynini qalın geyin,
Deyəsən külək bizdən inciyib.
Yığ, mən susum görək.
Məni ölüm belə gözləmir,
Zamanla qol-qola qaçıb gedir.

PRoMete :

Hər şey çox mürəkkəb oldu,
Qələmin vərəqə sevgisi kimi.
Əsdi küləklər və soldu,
Payızın sevgisi kimi.
Elə mənim bu sətirdən əvvəl buraxdığım qafiyə də küsdü bu şeirdən.
İki şairin bu şəhərdən küsməsi kimi.
Çox bilib daha rahat olmaq arzusunda,
İtirildi cavanlıq.
Günahlandırıldı qadınlar,
Kimdi əsl günahkar?!
Bunu yalnız bir nəfər bilir
Və xatırlanır təkrar-təkrar,
Dinlənildikcə bu şeir.
Mənim iki dostum küsdü bu şəhərdən,
Məni isə dünyaya küsdürdü bu şəhər.
İki dost verdi mənə və canımdan iki can götürdü bu şəhər.
Bu şəhərin əlləri qanlıdır...

Okeansız Pəncərəm Q&A

Who wrote Okeansız Pəncərəm's ?

Okeansız Pəncərəm was written by PRoMete & Ali Khayyam.

When did Ali Khayyam release Okeansız Pəncərəm?

Ali Khayyam released Okeansız Pəncərəm on Wed Sep 05 2012.

Your Gateway to High-Quality MP3, FLAC and Lyrics
DownloadMP3FLAC.com